Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Azİmport” bəzi internet media qurumlarının təzyiq və təqiblərinə məruz qalmaqdadır

30 Dekabr 2015, 14:30 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. “Azİmport” şirkəti son vaxtlar davamlı olaraq bəzi internet media qurumlarının təzyiq və təqiblərinə məruz qalmaqdadır.

Şirkətdən SalamNews-a verilən məlumata görə, şirkət haqqında qərəzli məlumatları yaymaqla cəmiyyəti çaşdırmağa cəhd göstərən belə qurumlar hətta gerçəkliyi əks etdirməyən çox köhnə və əsassız “fakt və dəlillər”ə istinad etməkdən belə çəkinmirlər. Hətta keçmiş Milli Təhlükəsizlik Nazirliyində uzun müddət kök salmış cinayətkar dəstənin sahibkarlara və iş adamlarına qarşı qanunazidd və cinayətkar əməllərinin aşkarlanmasından sonra da vaxtilə bu dəstədən göstəriş və təlimat almış media qurumları hələ ayılıb gerçəkliyi anlamaq istəmir, şantaj və şərləmək yolu hansısa maddi mənfəət əldə edəcəklərinə ümid bağlayırlar. “MTN mətbəxi”nidə hazırlanaraq ictimai dövriyyəyə buraxılan və “Azİmort” MMC-nin işgüzar nüfuzuna zərər vuran, burada çalışan insanların şərəf və ləyaqətini ləkələyən qərəzli və təhqiramiz məlumatlardan bu gün də istifadə edilməsi halları ciddi narahatlıq doğurur.

Məsələn, 9 ay əvvəl- mart ayında “Azadlıq” radiosunun “Qaynar xətti”ndə getmiş bir məlumata istinad edilərək, indiyədək dəfələrlə Azərbaycanın daha ciddi və populyar media qurumlarında müzakirə edilmiş, rəy bildirilmiş və cavablandırılmış bir məsələnin - paytaxtın Bayıl qəsəbəsindəki “Şanxay” adlanan ərazidə aparılan abadlıq işlərində çalışmış şəxslərin əmək hüquqlarının pozulması və əməkhaqqını vaxtında ala bilməməsi məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd göstərilir.

İlk növbədə, yenidən xatırlatmağa ehiyac var ki, həmin şəxsləri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan “Azİmport” MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də “Azİmport” MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır. Görülən işlərə görə borcun ödənilməməsi məsələsinə gəldikdə isə, “Azİmport” MMC təkcə “Şanxay” ərazisində deyil, paytaxtın bir sıra məkanlarında həyata keçirdiyi tikinti-abadlıq işlərinə görə qanuni müqavilələr üzrə hesablanmış vəsaitin əsas hissəsini sifarişçi təşkilatdan hələ də ala bilmir.

Məlumat üçün bildirək ki, “Azimport” MMC bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə, 2.289.407 manat əmək haqqı ödəmişdir. Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülmüşdür. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olmuşdur.

Hazırda başa çatdırılmış və yarımçıq qalmış tikinti-abadlıq işlərin üzrə “Azimport” MMC-yə ödənilməyən vəsaitin həcmi isə şirkətin borclarından xeyli çoxdur. Yaranmış vəziyyət barədə sifarişçi təşkilata müraciətlərə cavab olaraq, borcun ödəniləcəyi vəd edilsə də, hələ konkret nəticə yoxdur.

“Azimport” MMC rəhbərliyi birbaşa əmək müqaviləsi bağlamadığı, lakin baş podratçısı olduğu layihələrdə çalışmış şəxslərin əməkhaqqının gecikdirilməsi ilə bağlı narahatlığını yaxşı başa düşür və bu problemin həlli üçün bütün qanuni vasitələrdən istifadə etməyə çalışır.

Şirkətin təsisçisi və rəhbəri Azər Əsgərovun kimisə qapıdan qovması və ya təhqir etməsi barədə iddialar da tamamilə əsassızdır. Sahibkarlıq fəaliyyətinin genişliyi və təşkilati işlərinin çoxluğu səbəbindən o, nəinki şirkətə gələnlərlə hər dəfə görüşməyə vaxt tapa bilmir, üstəlik, kiməsə qarşı qeyri-etik, kobud davranışa yol vermək bu xeyirxah iş adamının xarakterinə tamamilə ziddir.

Onu da qeyd edək ki, sözügedən dövrdə Azər Əsgərov davamlı olaraq MTN-nin sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qalıb. Ondan vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə “Azimport” MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı idarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması haqda ərizələr yazdırmaq istəyiblər. Şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədləri götürüb aparıblar. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub.

Yalnız Prezident İlham Əliyevin qətiyyəti sayəsində keçmiş MTN-nin rəhbərlərinin qanunazidd əməllərinə son qoyulması Azərbaycan sahibkarlarının, A.Əsgərovun başı üzərini almış təhlükəni aradan qaldıra bilib.

Lakin MTN-nin ləğv edilməsinə, milli təhlükəsizlik zabiti adını ləkələmiş vəzifəli şəxslərin həbs olunmasına baxmayaraq, vaxtilə onların öz təsir dairələrində olmuş media qurumları vasitəsilə yaydıqları saxta və yalan məlumatların hələ də gündəmdə saxlanılması, qərəzli məqsədlərlə istifadə edilməsi halları mövcuddur. MTN tərəfindən həbsə alınmış Rəşad Məmmədov haqqında yayılan məlumatlar da buna misal ola bilər. “Azimport” MMC-nin sahibi Azər Əsgərovun yaxın qohumu olsa da, o hazırda şirkətdə heç bir əmlak payının sahibi deyildir, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluğuna keçməsi ilə əlaqədar olaraq, bu qurumla bütün hüquqi və faktiki əlaqəlrinə xitam verilib.

Rəşad Rəfael oğlu Məmmədovun milliyyəti barədə məlumat isə təkcə yanlışlığı ilə deyil, həm də qeyri-humanistliyi ilə acı təəssüf doğurur. Anasını körpə yaşında itirdikdən sonra onu dindar və imanlı bir qadın olan, bu yaxınlarda 104 yaşında dünyasını dəyişmiş ana nənəsi Umbakı xanım böyüdüb tərbiyə edib. Ömrü boyu ana nisgili ilə yaşayan R.Məmmədov ailəsinin ümidlərini doğruldaraq, orta məktəbi müvəffəqiyyətlə bitirib, Hərbi Hava Qüvvələrinin Y.V.Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb, peşəkar zabit kimi yetişib. Doğma Azərbaycanda erməni separatizminin baş qaldırdığı, Vətən torpağının təcavüz təhlükəsi ilə üzləşdiyi bir vaxtda o, Rusiyadakı vəzifə perspektivlərindən və hərbi karyeradan qətiyyətlə imtina edərək, Bakıya qayıdıb. Burada Bakı Qarnizonu Hərbi Komendantının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları üzrə köməkçisi kimi milli orduda xidmətə başlayıb. Qarabağ müharibəsi dövründə 702-ci briqadanın tərkibində Murovdağ yüksəkliyi və Füzuli uğrunda döyüşlərdə iştirak edib. Döyüş səngərində ağır xəstəliyə tutulduğu üçün uzun müddət müalicə almaq məcburiyyətində qalıb.

Bu gün R.Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında araşdırlma aparıldığı, şəxsiyyəti barədə yayılan qərəzli məlumatlara onun özünün cavab vermək imkanı olmadığı bir vaxtda bəzi media qurumlarının yanlış məlumatları təkrarən gündəmə gətirməsi nə insanlıq prinsiplərinə, nə də jurnalist etikasına sığır. Belə məlumatlardan dörd övlad atası olan R.Məmmədovun ailə üzvləri ciddi mənəvi iztirab, psixoloji sarsıntı keçirirlər. Onun 12 yaşlı qızı Əminə atasının mətbuatda “xalq düşməni” obrazında təqdim olunmasından keçirdiyi dərin psixoloji sarsıntının təsiri altında hətta məktəbə getməkdən belə imtina etmək fikrinə düşüb. Bu hadisə KİV-in, jurnalistlərin xalqımız, cəmiyyətimiz üçün mühüm amil olan şəxsiyyət və mənəviyyat məsələlərinə həssaslıqla yanaşmasının nə qədər vacib olduğunu bir daha göstərir.

Bunu da vurğulamağı vacib sayırıq ki, respublikanın nüfuzlu və ciddi KİV-ləri şirkətimizlə bağlı yuxarıda sözügedən yanlış və əssasız məlumatlara heç bir halda istinad etməməklə özlərinin yüksək peşəkarlıq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər.

Biz, ümumiyyətlə, jurnalistləri ictimaiyyətin diqqətinə təqdim etdikləri problemlərə obyektiv münasibət göstərməyə, təhqir və şantajdan uzaq olmağa, ictimai münasibətləri gərginləşdirmək cəhdlərindən çəkinməyə çaqğırırıq. Ümidvarıq ki, bu bəyanatı öz peşə borcunu vicdanla yerinə yetirən bütün jurnlaistlər dəstəkləyəcəklər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacıqabul rayonunun bəzi kəndlərində su kəsiləcək

Dövlətə aid 3 maliyyə qurumu İnvestisiya Holdinqinin idarəetməsinə verilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Rusiyadan bəzi məhsulların idxalına məhdudiyyət tətbiq edilib

"Aztelekom" və "Baktelecom" internet tariflərini endirib

Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkəsi ilə təmin edib

Azərbaycanda internetlə bağlı problemlər və həll yolları müzakirələr edilib

Təyyar Eyvazov: Koronavirusa yoluxan bəzi uşaqlarda yeni sindrom yarana bilər

Azad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də ötürüləcək

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

YAP-ın bəzi rayon təşkilatlarına yeni sədrlər təyin edilib

İctimai fəal təzyiqə məruz qaldığını bildirir

ABŞ İsraildən Beynəlxalq Məhkəməyə şikayət etməsin deyə Fələstinə təzyiq göstərir

Elvin Abbasov: Bəzi dövlət qurumlarında İKT sahəsinə cavabdehlik səriştəsiz insanlara həvalə edilib

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları Şuşada səfərdədir

Naxçıvanda internet xidmətlərinin keyfiyyətinin ölçülməsi ilə bağlı monitorinqlərə başlanılıb

Rəsmi Dəməşq kürd separatçılarının qurumunu tanıdığına görə İsveçrəyə etiraz edib

Taliban qurulacaq hökumətin bəzi xüsusiyyətlərini açıqlayıb

Bəzi çimərliklərdə balıqların tələf olmasının səbəbi açıqlanıb

Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumlar məlum olub

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

25 Sentyabr 2021, 13:10 (GMT +4)
Gürcüstanda son sutkada 38 nəfər COVID-19-un yaratdığı fəsadlardan ölüb

25 Sentyabr 2021, 13:00 (GMT +4)
Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək

25 Sentyabr 2021, 12:50 (GMT +4)
DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

25 Sentyabr 2021, 12:40 (GMT +4)
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

25 Sentyabr 2021, 12:30 (GMT +4)
Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

25 Sentyabr 2021, 12:29 (GMT +4)
Quterreş və Lavrov Rusiya ilə BMT arasında əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2021, 12:20 (GMT +4)
Sahibə Qafarova Qazaxıstana səfərə gedir

25 Sentyabr 2021, 12:20 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların beşinci turu keçirilir

25 Sentyabr 2021, 12:10 (GMT +4)
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçirib

25 Sentyabr 2021, 12:00 (GMT +4)
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub

25 Sentyabr 2021, 11:52 (GMT +4)
Avropa kuboku: "Vüqar Həşimov" komandası bürünc medal qazanıb

25 Sentyabr 2021, 11:50 (GMT +4)
Bakıda polisin "saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb

25 Sentyabr 2021, 11:43 (GMT +4)
ATƏT-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü alqışlanıb

25 Sentyabr 2021, 11:40 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti artıb

25 Sentyabr 2021, 11:31 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə" ilə, "Zirə" "Səbail"lə qarşılaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66