Qazaxıstan təngəsi dollara nisbətdə tarixi minimumu əks etdirib
08 Yanvar 2016, 13:52 (GMT +4) Bakı, 8 yanvar, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Qazaxıstan təngəsi tarixdə ilk dəfə olaraq, 1 dollara nisbətdə 350 psixoloji həddini keçib.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, ölkənin fond birjasında dolların kursu 351.85 təngəyədək artıb.
Astana və Alma-Ata mübadilə məntəqələrində ABŞ valyutası artıq 353-354 təngəyə satılır ki, bu da yanvarın 4-ü ilə müqayisədə 3% bahadır.
Xatırladaq ki, Qazaxıstan 2015-ci il avqustun 20-dən etibarən təngənin azad "üzən məzənnə"si rejiminə əsaslanan yeni iqtisadi siyasətə keçib.
|