Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tahir Budaqov: "Tvinninq layihəsinin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək" (FOTO)

27 Yanvar 2016, 10:31 (GMT +4)

Bakı, 27 yanvar, SalamNews, A.Bayramova. Bakıda "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin təqdimatı mərasimi keçirilib.

Salamnews xəbər verir ki, tədbiri giriş sözü ilə açmış Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, bu sayca ikinci tvinninq layihəsidir və Avropa İttifaqi ilə birgə həyata keçirilir.

Komitə sədri bildirib: "İlk layihə 2009-2012-ci illəri əhatə edib və Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanları bu layihəyə cəlb olunub. Layihədən əsas məqsəd isə Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasıdır. Layihənin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək".

T.Budaqov bu layihənin statistika komitəsinin işinə fayda verəcəyinə ümid bəslədiyini ifadə edib.

O bildirib ki, layihənin idarəetmə Komitəsi artıq yaradılıb, Komitənin üzvləri rübdə bir dəfə toplaşaraq ümumi vəziyyəti qiymətləndirəcəklər. Layihənin müddəti 24 ay, büdcəsi isə 1,2 milyon avrodur.

Statistika Komitəsinin sədri sonda əlavə edib ki, Azərbaycan Prezidenti bu gün layihənin qonaqlarını qəbul edərkən statistik göstəricilərin dolğun və obyektiv əldə edilməsinin önəmini vurğulayıb.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edib.

O, Azərbaycanla gələcək əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib və bu tipli layihələrin əhəmiyyətindən danışıb: "Çox uğurlu bir tvinninq layihəsi icra ediləcək. Bu sahədə hər şey keyfiyyətli əməkdaşlıqdan asılıdır. Biz bilirik ki, bu, həm Avropa İttifaqı, həm də Azərbaycan üçün mühüm keçiddir. Ümid edirəm ki, bu layihə Avropa İttifaqının Azərbaycanda bu sahədə həyata keçirdiyi ikinci uğurlu layihə kimi Brüsseldə qiymətləndiriləcək. Təkmilləşdirilmiş məlumat mənbələri, düzgün statistika metodları, yeni texnologiyalar və gücləndirilmiş statistika sistemləri daha yaxşı məlumat təmin edəcəkdir ki, bu da hər birimizin həyatını daha da yaxşılaşdıracaq daha yaxşı qərarların verilməsinə imkan yaradacaq".

Konfransda bir çox nazirliklərin rəhbərləri, komitə sədrləri , xarici statistika institutlarının rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və millət vəkilləri iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

“SABAH” qrupları təcrübəsi əsasında yeni pilot layihə həyata keçiriləcək

Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib

ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

“Həsrət Yolu” yeni layihəyə başlayıb

Yeni peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb

“Azəriqaz” böyük layihənin icrasına başlayıb

"Şimal Axını-2"-yə qarşı sanksiyalar ABŞ büdcəsi layihəsinə daxil edilib

“Təhsiliniz Gələcəyimizdir" layihəsi davam edir

JEM yeni layihənin icrasına başlayır

Dövlət Departamenti Rusiyanın NATO-nu bölmək üçün  layihəsi olduğunu iddia edib

ABŞ Nümayəndələr Palatası polis haqqında qanun layihəsini təsdiqləyib

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi davam etdirilir

“Qarabağ saatı” adlı yeni layihəyə start verilir

“Çiçəklənən Abşeron” layihəsindən Novxanı sakinləri yararlanıb

Prezident: Azərbaycanda ilk “Yaşıl şəhər” layihəsi Gəncədə həyata keçiriləcək

Neftçalada su təchizatının yaxşılaşdırılması üçün layihənin icrasına başlanıb

Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul edib

Neftçalada su təchizatı ilə bağlı tam yeni layihə hazırlanıb

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

11 İyul 2020, 12:53 (GMT +4)
Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66