Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Caspian Event Organisers” bu il 8 sərgi keçirməyi planlaşdırır

02 Mart 2016, 10:20 (GMT +4)

Bakı, 2 mart, SalamNews. Caspian Event Organisers” şirkəti bu il 8 sərgi keçirməyi planlaşdırır.

Şirkətdən SalamNews-a bildirilib ki, “Caspian Event Organisers”in təşkilatçılığı ilə aprelin 14-16-da 3-cü Xəzər Beynəlxalq Su Texnologiyaları “CATEC 2016” sərgisi keçiriləcək. Sözügedən sərgi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq.

Mayın 19-21-də Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgisi öz onillik yubileyini qeyd edəcək. Yarandığı gündən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Artıq bir neçə ildir ki, kənd təsərrüfatına aid məhsul və avadanlıqların istehsalçı və distribüterləri bu sərgiyə böyük maraq göstərirlər. Bununla əlaqədar, sərgi bu il “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” kimi sektorları daxil etməklə, öz əhatə dairəsini daha da genişləndirib.

Payızda isə Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi çərçivəsində müasir silah və texnikalar nümayiş etdiriləcək. Bu sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir. Artıq 150-dən çox şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak edəcək.

Cari ilin oktyabrında 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgiləri öz yubileylərini qeyd edəcək. Noyabrda bir neçə tədbirin - 2-ci Azərbaycan Beynəlxalq Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət “Baku CSR Conference 2016” konfransının, “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf mühit “CTE 2016” sərgisinin, eləcə də “Iteca Caspian” şirkəti ilə birlikdə təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgi və konfransının keçirilməsi planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

Berlində 10-cu IFA 2018 sərgisi keçirilir

“Caspian Event Organisers” şirkəti martda yeni layihəyə başlayır

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO

24 Sentyabr 2020, 14:01 (GMT +4)
Azercell abunəçilərinə hədiyyə balans qazandırır

24 Sentyabr 2020, 13:57 (GMT +4)
Fransa Fələstin ərazilərilə bağlı İsrail qarşısında tələb irəli sürüb

24 Sentyabr 2020, 13:53 (GMT +4)
DİM sədri ali məktəblərə qəbul olanlara müraciət edib

24 Sentyabr 2020, 13:47 (GMT +4)
Gürcüstan XİN rəhbəri: Azərbaycanın ərazi bütövlüyünü  birmənalı şəkildə dəstəkləyirik

24 Sentyabr 2020, 13:25 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

24 Sentyabr 2020, 13:19 (GMT +4)
Ukrayna Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımayıb

24 Sentyabr 2020, 13:07 (GMT +4)
Naxçıvanda manqa komandirləri ilə təlim toplantısı keçirilib (FOTO)

24 Sentyabr 2020, 13:05 (GMT +4)
“Liviya Milli Ordusu” İŞİD-in Şimali Afrika üzrə liderinin öldürüldüyünü bildirib

24 Sentyabr 2020, 13:00 (GMT +4)
46 yaşında Bakı Ali Neft Məktəbini seçib

24 Sentyabr 2020, 12:48 (GMT +4)
Rusiyanın təxminən 20 min sakini koronavirusa yoluxaraq ölüb

24 Sentyabr 2020, 12:34 (GMT +4)
“Azərişıq” son 5 ildə itkiləri 5% azaldıb

24 Sentyabr 2020, 12:20 (GMT +4)
İsrail Nazirlər Kabineti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiləyib

24 Sentyabr 2020, 12:16 (GMT +4)
İran: Səudiyyənin dəstəklədiyi vəhhabilik İŞİD və əl-Qaidənin ilham mənbəyidir

24 Sentyabr 2020, 12:07 (GMT +4)
Siyəzən və Tərtər sakinlərindən silah götürülüb

24 Sentyabr 2020, 11:50 (GMT +4)
Trüdo Kanadada COVID-19-un ikinci dalğasının başladığını açıqlayıb

24 Sentyabr 2020, 11:23 (GMT +4)
"Aeroflot" aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayıb

24 Sentyabr 2020, 11:23 (GMT +4)
Yaxın günlərdə daha bir ərəb dövləti İsraillə əlaqələri rəsmiləşdirəcək – ABŞ

24 Sentyabr 2020, 11:18 (GMT +4)
Bayden Trampla debatlara hazırlaşır 

24 Sentyabr 2020, 10:56 (GMT +4)
Prezident İlham Əliyev İsveçin yeni səfirinin etimadnaməsini qəbul edib

24 Sentyabr 2020, 10:55 (GMT +4)
Husi lideri Səudiyyəni Yəmənlə deyil, İranla qarşı-qarşıya gəlməyə çağırıb

24 Sentyabr 2020, 10:53 (GMT +4)
Türkiyə prezidenti ilə NATO baş katibi arasında telefon danışığı keçirilib

24 Sentyabr 2020, 10:40 (GMT +4)
Milli Məclisin deputatı İtaliyaya qəbul olmuş tələbələrə yardım edib

24 Sentyabr 2020, 10:35 (GMT +4)
“Azərişıq” şimal-qərb regionunda elektrik enerjisi təsərrüfatını yeniləyib

24 Sentyabr 2020, 10:20 (GMT +4)
Sepah generalı ABŞ qüvvələrinin bölgəyə gəlməsini müsbət hesab edib və səbəbini açılayıb

24 Sentyabr 2020, 10:15 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxan 270 mindən çox insan sağalıb

24 Sentyabr 2020, 10:13 (GMT +4)
Bərdə xəstəxanasında əməliyyat olunan 28 yaşlı qadın ölüb

24 Sentyabr 2020, 10:00 (GMT +4)
Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

24 Sentyabr 2020, 09:51 (GMT +4)
Livan prezidenti dünya ictimaiyyətini İsrailin bu ölkəyə və Suriyaya təcavüzünün qarşısını almağa çağırıb

24 Sentyabr 2020, 09:51 (GMT +4)
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66