Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Miqrasiya Xidməti Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib

18 Aprel 2016, 16:02 (GMT +4)

Bakı, 18 aprel, SalamNews. Dövlət Miqrasiya Xidməti Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib.

DMX-dən SalamNews-a bildiriblər ki, Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Ağcabədidə əvvəlcə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşların, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Ağcabədi rayon mədəniyyət mərkəzində təşkil edilən tədbirdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət şərh olunub. Regional idarənin və Xidmət aparatının məsul əməkdaşları dünyada baş verən miqrasiya prosesləri və Azərbaycan dövlətinin miqrasiya siyasəti, respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Avropada yaşanan miqrant böhranı miqrasiya siyasətinin düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi. Çünki bu məsələ ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir.

Görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə yaradılmış şəraitdən söhbət açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunması, qeyri-neft sektorunun inkişafı, iqtisadi sahədə uğurlu islahatlar, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsi, tolerantlığın dünya üçün nümunə olduğu və s. məsələlərdən danışılıb. Qeyd olunub ki, bütün bu məqamlar Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici edib. Ölkəmizdə isə vaxtında miqrasiya sahəsində həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakıda və Yevlaxda müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin tam gücü ilə fəaliyyət göstərməsinin təmin olunduğu vurğulanıb. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi bildirilib. Həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində Xidmətin gördüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumat diqqətə çatdırılıb.

Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.

Həmçinin təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin tezləşdirilməsi üçün köməklik göstərsinlər. Görüşdə bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, olduğu yeri dəyişdikdə, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalı olduğunun vacibliyi iştirakçıların nəzərlərinə çatdırılıb.

Sonda suallar cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüsal Hüseynov: “Dövlət Miqrasiya Xidməti bütün istiqamətlər üzrə müraciətləri qəbul edir”

Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları Şəkidə səyyar xidmətə başlayıb

Ağcabədi sakinindən odlu silah götürülüb

Dövlət Miqrasiya Xidməti əcnəbi ailələrə ərzaq bağlamaları paylayıb

"Azərpoçt" Bakıətrafı qəsəbələrdə səyyar xidmətlərin göstərilməsinə başlayıb (FOTO)

"Nar" səyyar xidmət göstərməyə başlayıb

Ağcabədidə yük avtomobili yanıb

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları peşə bayramını qeyd edirlər

Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırıb

Nazirlik bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb

Ağcabədi gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

Ağcabədidə PQ-7V raketi aşkarlanıb

Ağcabədiyə yeni icra başçısı təyin edilib

Ağcabədidə qanunsuz ov edən rayon sakinləri saxlanılıblar

Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon manat ayrılıb

Baş prokurorun birinci müavini Ağcabədidə vətəndaş qəbulu keçirəcək

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun altıncı iclası keçirilib

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66