Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

21 Aprel 2016, 10:02 (GMT +4)

Bakı, 21 aprel, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

SalamNews xəbər verir ki, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilib.

Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.

Fərmanda qeyd olunur ki, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" publik hüquqi şəxs yaradılsın.

Fərmanla "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi" təsdiq edilir.

Müəyyən edilir ki, "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra - Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir.

Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

Azərbaycan Respublikasının Prezidentinə:

- nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi;

- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- Mərkəzin yenidən təşkil və ləğv edilməsi;

Nazirlər Kabinetinə:

- təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

- xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Vergilər Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyev Rauf Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Azərbaycanlı milyarderlər Prezident İlham Əliyevin çağırışına qoşulublar

Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib

Tunisin yeni prezidenti 670 məhbusun əfvilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev: Fövqəladə vəziyyət də elan oluna bilər

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Milli Məclis sədri koronavirusla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev nazir Sahil Babayevi qəbul edib

Prezident daha 3 rayonun yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Çexiyaya yeni səfir təyin edib

Prezident yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı sərəncam imzalayıb

İlham Əliyev: İstəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub

İlham Əliyev: Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir 

Prezident İlham Əliyevin iştirakı ilə Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilir

Prezident İlham Əliyev Canəli Əkbərovu təltif edib

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

01 Aprel 2020, 11:54 (GMT +4)
Quterreş BMT Katibliyin distant işini aprel ayının sonuna qədər uzadıb

01 Aprel 2020, 11:53 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

01 Aprel 2020, 11:52 (GMT +4)
İran prezidenti ölkədə koronavirusa yoluxma hallarının azaldığını bildirib

01 Aprel 2020, 11:40 (GMT +4)
A-Qroup tənha yaşlılara yardım edib

01 Aprel 2020, 11:35 (GMT +4)
Neftçala rayon icra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə edib (FOTOLAR)

01 Aprel 2020, 11:32 (GMT +4)
Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb

01 Aprel 2020, 11:14 (GMT +4)
Tramp koronavirusla əlaqədar ABŞ-ı "iki ağır həftə" gözlədiyini bildirib

01 Aprel 2020, 11:05 (GMT +4)
BNA : İstehsalat bazasındakı bütün avtobuslar xəttə buraxılıb

01 Aprel 2020, 10:56 (GMT +4)
Tunis koronavirusa görə mindən artıq məhbusu azad edib

01 Aprel 2020, 10:42 (GMT +4)
Çində COVID-19-a yeni yoluxma halları qeydə alınıb

01 Aprel 2020, 10:24 (GMT +4)
İran İraqda ABŞ qüvvələrinin yer dəyişməsinə münasibət bildirib

01 Aprel 2020, 10:19 (GMT +4)
Energetika Nazirliyinə 2 000-dən çox müraciət daxil olub

01 Aprel 2020, 10:18 (GMT +4)
ABŞ Venesuelada müvəqqəti hökumət yaradılmasını təklif edir

01 Aprel 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

01 Aprel 2020, 10:00 (GMT +4)
“Günay Sığorta” sosial layihəni davam etdirir

01 Aprel 2020, 09:52 (GMT +4)
Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

01 Aprel 2020, 09:45 (GMT +4)
Səudiyyə bu il həcc mərasiminin keçirilməyəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib

01 Aprel 2020, 09:44 (GMT +4)
Monako şahzadəsi koronavirusa yoluxduqdan sonra karantindən buraxılıb

01 Aprel 2020, 09:22 (GMT +4)
AMB bugünə olan xarici valyutaların manata qarşı məzənnələrini açıqlayıb

01 Aprel 2020, 09:11 (GMT +4)
ABŞ-da son gün ərzində koronavirusdan 860-dan çox insan ölüb

01 Aprel 2020, 09:03 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb

01 Aprel 2020, 08:58 (GMT +4)
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66