Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

07 May 2016, 13:34 (GMT +4)

Bakı, 7 may, SalamNews. Azərbaycan prezidenti İlham Əliyev bu gün Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

SalamNews-un xəbərinə görə, Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib. Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vurğulayıb, ölkəmizin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu deyib. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.

Beynəlxalq Cüdo Federasiyası ilə fəal tərəfdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev Marius Vizerin Federasiyasının prezidenti kimi ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirib, bu istiqamətdə səylərinə görə ona minnətdarlığını bildirib.

Azərbaycanda idmana göstərilən qayğıdan danışan prezident İlham Əliyev ölkədə cüdonun zəngin ənənələrə malik olduğunu vurğulayıb, bu idman növünün inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib. Dövlət başçısı idmançılarımızın dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurla iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub

Bu gün AMEA-ya yeni prezident seçiləcək

Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Türkiyə prezidenti Rusiyaya işgüzar səfərə gedəcək

Suriya prezidenti Bəşər Əsəd ilk dəfə olaraq İdlibdə döyüş cəbhəsinə baş çəkib

Prezident İlham Əliyev Hacıbala Abutalıbovu qəbul edib

Prezident İlham Əliyev Əli Həsənovu qəbul edib

“Beşiktaş” klubuna yeni prezident seçilib

Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

ABŞ vitse-prezidenti Ankaraya gəlib

Prezident: Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

Türkiyə prezidenti ABŞ vitse-prezidentini qəbul edəcək

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Prezidenti: İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

23 Oktyabr 2019, 15:08 (GMT +4)
Cavad Zərif Bakıdan səslənib: ABŞ-ın İrana qarşı iqtisadi terroru beynəlxalq təhlükəsizliyi təhdid edir

23 Oktyabr 2019, 15:05 (GMT +4)
Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib

23 Oktyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir

23 Oktyabr 2019, 14:41 (GMT +4)
NATO Putin və Ərdoğanın Suriyaya dair razılaşmasını şərh edib

23 Oktyabr 2019, 14:34 (GMT +4)
Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

23 Oktyabr 2019, 14:30 (GMT +4)
Rusiyanın hərbi polisi Suriya Türkiyə sərhədində strateji Kobani şəhərinə daxil olub

23 Oktyabr 2019, 14:27 (GMT +4)
Rusiya Nigerə 12 ədəd Mi-25 hücum helikopteri verəcək

23 Oktyabr 2019, 14:16 (GMT +4)
MirHəsən Seyidov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şura üzvü seçilib

23 Oktyabr 2019, 14:06 (GMT +4)
Göygöldə top mərmisi tapılıb

23 Oktyabr 2019, 13:50 (GMT +4)
Zelenski yaxın vaxtlarda Norman formatı liderlərin görüşünün keçiriləcəyinə ümid edir

23 Oktyabr 2019, 13:43 (GMT +4)
Monitorinq insidentsiz başa çatıb

23 Oktyabr 2019, 13:35 (GMT +4)
Bakıda "XXI əsrdən baxış: dövlət, cəmiyyət və din" mövzusunda konfrans keçirilib

23 Oktyabr 2019, 13:14 (GMT +4)
Bakı Dövlət Universitetində əməkhaqları artırılıb

23 Oktyabr 2019, 13:10 (GMT +4)
İran Ərdoğanla Putinin Suriyanın şimalı ilə bağlı razılaşmasına münasibət bildirib

23 Oktyabr 2019, 13:10 (GMT +4)
Azərbaycanda texniki baxışla bağlı daha bir yenilik edilib

23 Oktyabr 2019, 13:06 (GMT +4)
Kürd birləşmələri Ankaranın tələbi ilə əraziləri tərk edirlər

23 Oktyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2019, 12:49 (GMT +4)
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

23 Oktyabr 2019, 12:31 (GMT +4)
Ötən iki ildə Azərbaycanda 64 yarımstansiyanın tikintisi və yenidənqurulması həyata keçirilib

23 Oktyabr 2019, 12:25 (GMT +4)
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb

23 Oktyabr 2019, 12:24 (GMT +4)
ABŞ və Rusiya "Barış Pınarı"əməliyyatının legitimliyini tanıyırlar - Çavuşoğlu

23 Oktyabr 2019, 12:21 (GMT +4)
Livan hökumətinin islahatla bağlı vədlərinə baxmayaraq etiraz aksiyaları 7-ci günə daxil olub

23 Oktyabr 2019, 12:07 (GMT +4)
Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

23 Oktyabr 2019, 11:57 (GMT +4)
Kiyevdə qumbara partlaması nəticəsində iki nəfər ölüb

23 Oktyabr 2019, 11:43 (GMT +4)
Trampın ticarət müşaviri istefa edib

23 Oktyabr 2019, 11:41 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün ARDNF-in icraçı direktoru ilə görüş təşkil edib

23 Oktyabr 2019, 11:32 (GMT +4)
Soçidə 43 dövlət rəsmilərinin qatıldığı Rusiya-Afrika İqtisadi Forumu işinə başlayıb

23 Oktyabr 2019, 11:13 (GMT +4)
DSX rəisi təmas xəttində yerləşən döyüş məntəqələrinin vəziyyətini yoxlayıb (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66