Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti

30 May 2016, 11:54 (GMT +4)

Bakı, 30 May, SalamNews, Ş.Nəzərli. Azərbaycanın yaxın gələcəkdə nümunəvi turizm ölkəsi kimi tanınmağa hər cür potensialı var.

Çünki:

1.Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində və "İpək yolu"nun üzərində yerləşməsi, mədəni-tarixi irsi,  ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkədə turizmin inkişafı üçün böyük perspektivlər açır.

2.Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkənin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Dünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliy, Azərbaycan Konqres Bürosu və digər təşkilatlar bu sıradadır.

3.Azərbaycan dövləti ölkədə turizmin kompleks inkişafını prioritet məsələlərə aid edir turizmin inkişafına dair Proqramı qəbul edib. Dövlət Proqramından əsas məqsəd “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Ölkədə turizm sənayesinin inkişafı dedikdə  infrastrukturun inkişafı və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı vəziyyət başa düşülməlidir. Müstəqil Azərbaycanın prezidenti olan zaman Heydər Əliyev turizmin ölkənin inkişafında mühüm rolu olduğu üçün Azərbaycanda bu sahəyə məsul nazirliyin yaradılmasına qərar verdi.Beləliklə, Azərbaycanda ilk olan dağ turizm kompleksi Şahdağı, həmçinin Bakıda və Bakı ətrafında tikilmiş məşhur beynəlxalq brendlərin iri hotellərin inşasını ilk növbədə xatırlamaq lazımdır.Hər il yeni hotellər, yerli və xarici turistləri cəlb edəcək müalicə-turizm obyektləri istifadəyə verilir.Deyilənlərə son nümunə kimi avqust ayında bir yaşı olacaq "Qalaaltı" turizm-müalicə kompleksinin fəaliyyətini göstərmək olar.

Turizm xidmətinin bütün tələblərinə riayətolunması üçün Mədəniyyət və Turizm Nazirliyi mehmanxana tipli obyektlərin tamamilə lisenziyalaşdırmasına  səy edir. Bununla belə təqdim edilən xidmətlərin keyfiyyəti və turizm şirkətlərinin dairəsi ilə bağlı müəyyən problemlər də mövcuddur və bu çatışmazlıqların ləğvi üçün intensiv səy göstərilir, ölkəyə daha çox turist cəlb etməyin yolları araşdırılır.Onlardan biri də viza rejiminin sadələşdirilməsinə nail olmaqdır.

Azərbaycan və bir çox İpək Yolu ölkələri arasında, ilk növbədə, Mərkəzi Asiya ölkələri ilə viza məhdudiyyəti yoxdur.Yaxın vaxtlara qədər Avropa, Amerika və Cənub-Şərqi Asiya ölkələrindən olan turistlərin artımı problematik idi. Turistlər bu qitələrdən Azərbaycana deyil, onlar üçün viza rejimini ləğv etmiş Gurcüstana səfər etməyə üstünlük verirdilər. 2013-cü ilin martında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə vəziyyət dəyişib. Fərmana əsasən Azərbaycanda elektron turist vizalarının tətbiqinə başlanılıb. Elektron vizalar 30 gün ərzində etibarlıdır.

Amma Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bu istiqamətdə əsas məqsəd elektron viza üçün yalnız turizm şirkətləri vasitəsilə deyil, həmçinin birbaşa internetdən müraciət etmək imkanına və rəsmiləşdirmə müddətinin 3 günü keçməməsinə nail olmaqdır.

Ölkədə turizm sənayesinin hazırki inkişaf tempi

Azərbaycana turizm səfəri ilə bağlı məsələlərin sırasında ən aktualı QİYMƏT faktorudur.                                                                                                                              

Resbublikamızda istirahət bir çox qonşu ölkələrlə müqayisədə baha başa gəlir. Bunun isə real və obyektiv izahı, təxminən, belədir: sahibkarın turizm məhsulu yaratması üçün Azərbaycanda bir çox qonşu ölkələrdə olduğundan daha çox vəsait sərf olunur. Çünki Azərbaycanda həyat səviyyəsi qonşu Gürcüstanda olduğundan yüksəkdir, turizm imkanlarından faydalanmaq istəyən insanların qazancı daha çoxdur. Buna görə də sahibkarın muzdlu əməkdən istifadəyə daha çox xərci çıxır.

Digər vacib faktor vergiqoyma sistemidir. Bir çox ölkələrdə turizm sahəsi üçün vergi güzəştləri tətbiq edilir ki, bu da sahibkarların xərclərini azaldır və xidmətlərin qiymətlərinin azaldılmasına imkan yaradır. Nəticədə daha çox müştəri cəlb edilir ki, bununla da müvafiq xidmətlər daha münasib olur.

Aviabiletlərin qiymətinin baha olması da qiymət siyasətinə birbaşa təsir göstərir. Əslində AZAL-ın satdığı  biletlərin qiyməti eyni kateqoriyadan olan digər aviaşirkətlərin biletlərindən baha deyil. Fərq ondadır ki, Azərbaycana loukosterlər adlandırılan büdcə aviaşirkətləri çox az sayda uçur. Bu aviaşirkətlərdə biletlərin qiyməti əhəmiyyətli dərəcədə aşağıdır. Avropa qitəsi daxilində uzaq olmayan məsafələrə uçuşlar çox vaxt baha olmur.Onlar  belə qiymətlərə təqdim edilən xidmətlərin sayının azaldılması vasitəsilə nail olurlar. Onlarda xidmət səviyyəsi daha yuxarı kateqoriyaya daxil olan aviaşirkətlərlə müqayisədə aşağıdır. Azərbaycana isə, əsasən, standart aviaşirkətlərin reysləri ilə uçmaq mümkündür.

Azərbaycanda turistlərin sayının artırılmasına əsas maneələrdən biri olan bu problemin aradan qaldırılması üzərində hazırda ciddi iş gedir.

Bu sətirlərin müəllifi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini daim izləyən jurnalist kimi deyə bilər ki, nazirlik ölkənin turizm  potensialının xaricdə tanıtdırılması məqsədilə çeşidli tədbirlər həyata keçirir. Euronews, CNN, TV 5, Mond kimi məşhur beynəlxalq, həmçinin Rusiyanın 1-ci, Rossiya 1, CTC və s. telekanallarda reklamlar yerləşdirir. Türk kanallarında reklam çarxlarının yerləşdirilməsi də reallaşmaq üzrədir. Konkret tədbirlər sırasında növbəti addım odur ki, nazirlik iri bazarlarda praktik olaraq Azərbaycanın turizm nümayəndəliklərini açmağa başlayıb. Dubayda, Almaniya və Rusiyada, artıq,  nümayəndəlikləriş aparırlar. Bir neçə ildir ki, nazirlik ixtisaslaşmış turizm sərgilərində iştirak edir və milli stenddə həm də iri hotellər və turizm şirkətlərinin təqdimatını edir, ölkənin turizm potensialının onlayn marketinqinə yönəlməsini də diqqətdə saxlayır. www.azerbaijan.travel portalı bu baxımdan fəaldır və artıq Azərbaycan, rus, ingilis, Çin və fransız dillərində fəaliyyət göstərir. Nazirlik həmçinin ölkənin turizm potensialını təşviq etmək məqsədilə, xarici turizm mütəxəssisləri və KİV əməkdaşları üçün infoturlar təşkil edir.     

Bakıda bu il aprelin 25-27-də keçirilmiş IV Qlobal Forumu iştirakçısının hər biri Azərbaycanda   mövcud yüksəlişin, o cümlədən turizm üçün münasib məkan olduğunu yaşadığı ölkədə məlumat verəcəyi ən yaxşı təbliğat vasitlərindən biri kimi dəyərlndirilməlidir. Forum bir də ona görə əlamətdardır ki, həmin beynəlxalq tədbir günlərində bu ali şəxslər özlərini Azərbaycan turizminin ən fəxri qonaqları qismində hiss edirdilər.

Bütün bu görülən işlərlə yanaşı, dünyada tətbiq olunan çeşidli turizm növləri - ekskursiya turizmi, elmi turizm, işgüzar turizm, etnik turizm, macəra turizmi, idman turizmi, gənclər turizmi, dilöyrənmə turizmi, dini və ziyarət turizmi, ov-balıq, qida-mətbəx turizmi, ekoloji turizm və digər turizm növlərini Azərbaycan mühitində təbiqinə tədricən  nail olunmalıdır.  Sadalanan turizm növlərindən bəzilərinin qonşu ölkələrlə müqayisədə Azərbaycanda inkişafında daha real imkanlar mövcuddur. Onlardan yalnız ikisinə nəzər salaq.

Dilöyrənmə turizm növünə müxtəlif dilləri öyrənmək daxildir.Bu ən çox Böyük Britaniyada, İspaniyada və Fransada inkişaf edib. Azərbaycanın bu sahədə İran və Rusiya Federasiyası ilə qarşlıqlı turist mübadiləsi layihələrini həyata keçirmsı çox realdır. Belə ki son illər gənclərimiz ingilis dilinə daha çox meylli olduqları üçün rus dilinə laqeyddirlər və bu dildə olan ədəbiyyatdan və ünsiyyətdən məhrum olmaq ərəfəsindədirlər. Bir neçə il əvvəl Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika İnstitutu açılıb və burada təhsil alan tələbələr üçün Qafqaz xalqlarının dilini öyrənməkdən ötrü tədris vəsaitlərinin çatışmazlığı, praktik ünsiyyət ehtiyacı  meydana çıxıb. Digər tərəfdən də Azərbaycan ərazisində 20-dən çox milli azlıq, azsalı xalq və etnik qruplar yaşayır. Hələ 1992-ci ildə onların (talışlar, kürdlər, ləzgilər, tatlar, ingiloylar, avarlar, saxurlar, Şahdağ xalqları, rutullar, molokanlar, tatarlar, qaraçılar, assiriyalılar, almanlar, lahıclar, basqallar və s.) qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında fərman imzalanıb. Bu istiqamətdə görülən işləri təqdim etmək ölkəmizdə həm multikulturalizmin bariz nümunəsi, həm də bədnam monoetnik qonşularımızdan fərqimizi benəlxalq  aləmə göstərmək üçün yaxşı göstərici ola bilər. Digər tərəfdən də nəzərəalınmalıdır ki, bir çox dünya alimləri milli azlıq, azsalı xalq və etnik qrupları tədqiq etmək, elmi əsərlər yaratmaq, sənədli filmlər hazırlamaq və digər maarifləndirici tədbirlərlə bağlı obyekt axtarışındadırlar.

Dini və ziyarət turizmi dünyada çox populyardır. Hər il təkcə Avropa qitəsi ölkələrindən olan Yunanstandakı Afon dağına, İtaliyadaVatikana, Bolqarıstanda Aleksandr Nevski və Sofiya kilsəsinə, Böyük Britaniyada (İon adası) İngiltərə və Roma katolik kilsələrinə məxsus müqəddəs yerlərə, İrlandiyada müqəddəs Krou dağına və s. məkanlara yüz minlərlə turist səfər edir.      Rusiyada, xüsusən də əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən subyektlərdə HALAL brendi ilə  yarmarka, festivallar keçirilir, turizm marşrutu fəaliyyət göstərir. Kazan şəhəri isə az qala Rusiyanın müsəlman paytaxtı statusunu daşıyır. Bu şəhərdə hər ilin sentyabrında "Beynəlxalq müsəlman kino festivalı" keçirilir.

Çinin paytaxtı Pekindən 600 km aralıda yerləşən bir şəhər hazırda tamamilə dünya müsəlman turistlərin qəbulu üçün yenidən qurulur. Burada planetin bütün islam dəyərlərini əks etdirən maketlər hazırlanır. Yol nişanları ərəb və ingilis dillərində qurulur. mehmanxanalar halal prinsipi ilə qəbula hazırlanır. Bu şəhər 2020-ci ildə milyonlarla turisti qəbul edəcək. Aydındır ki, edilən səylər Çin dövlətinin İslam dininə rəğbətinə görə deyil, ölkəyə turist axınını təmin etməklə iqtisadiyyatı möhkəmləndirmək, beynəlxalq nüfuzu artırmaqdır.

Səudiyyə Ərəbistanı, İraq, İran kimi müsəlman dövlətlərində ziyarətgah və müqəddəs yerlərin hesabına əldə olunan gəlirlər barədə isə hamıya hər şey məlumdur.

Amma Azərbaycanda dini turizmin rəsmilədirilməsi nədənsə ləngiyir. Bundan da bəzi "turizm şirkətləri" məharətlə istifadə edir və ölkə büdcəsinə daxil olmalı vəsait fərdlərin ciblərinə axır. Ölkəmizdə isə kifayət qədər ziyarətgah var.

Bibiheybət məscidində VII imam Museyi-Kazımın (ə) qızı, İmam Rzanın (ə) bacısı Həzrət Həkimənin məzarı yerləşir. Məzarı Məşhəd şəhərində olan İmam Rza (ə) yazılı vəsiyyətnaməsində buyurub:"Məni ziyarət etməzdən qabaq bacılarımı ziyarət edin". Azərbaycan turizm operartorları bu deyimlə bağlı həm Azərbaycanda, həm də İranda uyğun iş aparsalar, Bibiheybət məscidinə dövlət qayğısı barədə məlumat versələr, ölkədə dini turizmin inkişafına təkan vermiş olarlar.

Dini turizm xurafat deyil. Fanatizmi elmi dünyagörüşü və tarixi obyektləri öyrənmək missiyası ilə qarışdırmamaq üçün sadəcə təbliğat işini gücləndirmək lazımdır. Ümumiyyətlə ölkədə turizm maarifçiliyi ilə bağlı Azərbaycan telekanallarında TURİZM SAATI proqramı  yaradılmalıdır. Proqramlar br neçə dildə hazırlansa ,  daha məqsədəuyğun olar və əcnəbilərə Dağlıq Qarabağda işğalçıların əlində olan mədəniyyət və dini abidələr haqqında da informasiya çatdırmaq imkanı yaranar.

Digər tərəfdən də 2017-ci ildə ölkəmizdə keririləcək İslam Oyunlarına indidən görülən hazırlıq işləri də dediyimiz məsələnin aktuallığını vacib edir və bu məsələdə diqqəti kənd rayonları  rəhbərliyinə yönəldir. Çünki turizmin ayrımaz atributu olan  yollar, onlardan istifadə və qayğı Mədəniyyət və Turizm Nazirliyinin funksiyasına aid deyil. Bunu niyə deyirik?

Fikrimizi belə izah edək: Məsələn, Bakıdan Astaraya kimi 313 km yol 6 rayonun ərazisindən  keçir. Bu magistral yolun kənarında hər rayon rəhbərliyi bircə normal sanitar qovşağı inşa etdirsə, Bakı-Astara yolunun təxminən hər 52 kilometrinə bir sanitar qovşağı düşər. Eyni təklif ölkənin digər zomalarına da aid edilə bilər. Çünki bu yollarda bərbad sanitar qovşaqları (əgər varsa) görmüş, illah da qonşu İranda və Türkiyədə olmuş hər kəs mənim nə demək istədiyimi anlayar.

Sonda bildirək ki, BMT Baş Assambleyasının qəbul etdiyi  qətnaməyə əsasən 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilib. Şübhəsiz ki, bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Azərbaycan bu tədbirin də favoriti olacaq.

Fotolar müəllifindir.

Yazı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi  zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan turizminin xaricdə təbliğatında hotellərin fəaliyyəti müzakirə olunub

Ərəb dünyası Azərbaycan turizmi üçün sərfəlidir - ATMU professoru

Rusiya və Türkiyə arasındakı gərginlik Azərbaycan turizminə təsir göstərib - Əbülfəs Qarayev

Azərbaycan turizmi üçün əsas müştəri bazarı Rusiyadan və Türkiyədən formalaşmalıdır - nazir

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12