Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Donorluğun təşviq edilməsi Talassemiya Federasiyasının əsas vəzifələrindən biridir

14 İyun 2016, 16:45 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Ümumdünya Qan Donorları Günü olan 14 iyun tarixi, təmənnasız qan donorlarının şərəfinə qeyd edilən, xüsusi bir gündür. Bu gün – başqa insanların həyatını xilas etmək üçün öz qanlarını bağışlayan könüllü qan donorlarının tanınması və yüksək qiymətləndirilməsi, minnətdarlıq günüdür.

Bunu SalamNews-a Azərbaycan Talassemiya Federasiyasının Prezidenti Nailə Quliyeva bildirib.

O deyib ki, bütün dünyada sağlamlıq problemləri ilə bağlı hər saniyə qan köçürülməsi üçün ehtiyac yaranır. Qan və qan məhsullarının köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə kömək edir.

Bu il ÜST “Qan bizi birləşdirir” mövzusunu kampaniyanın mövzusu elan edib. Bu mövzu, donorlar və pasiyentlər arasında mövcud olan, görünməyən, ancaq həyati əhəmiyyət daşıyan bağı vurğulayır. ÜST, həmçinin “Həyatı bölüşün, qan verin” şüarını da qəbul etmişdir. Donorların qan verməyə davam etməsi, qan verməyən insanların isə donor olmasını təmin etmək üçün təşkilat qan donorları sayəsində həyatları xilas edilmiş insanlar haqda danışır, deyə Nailə Quliyeva vurğulayıb.

Hər birimiz qan itkisinə səbəb ola biləcək qəza ilə hər an qarşılaşa bilərik. Qanın verilməsi müəyyən vaxt tələb edir, lakin qan dərhal tələb oluna bilər.

Buna görə də, donorluğun təcili yox, müntəzəm olması lazımdır – bu, fövqəladə hal qurbanları üçün də daxil olmaqla, qan komponentlərinin daimi ehtiyatını təmin etmənin yeganə yoludur.

Ölkəmizdə təkcə talassemiya pasiyentləri arasında 1500-ə yaxın insanın hər ay təmənnasız donor qanı aldığı üçün qan donorluğu mövzusu Azərbaycanda da çox aktualdır.

Talassemiyadan əziyyət çəkən pasiyentlərin həyatı donor qanı olmadan davam edə bilməz, bu səbəbdən də donorluğun təşviq edilməsi Azərbaycan Talassemiya Federasiyasının əsas vəzifələrindən biridir. Şirkətlər və ictimai təşkilatlarda donorluq kampaniyalarının populyarlıq qazanmağa davam etməsi sevindirici haldır. Hətta, bəzi təşkilatlar bu cür kampaniyaları ildə iki dəfə keçirir.

Bəs biz, ÜST-ın araşdırmalarına əsasən qan donorlarının ömrünün orta göstəricilərə nisbətən beş ildən çox daha artıq olduğunu bilirikmi? Donorlar, QİÇS, Hepatit B və C, malyariya və sifilis kimi həyat üçün təhlükəli virusların aşkarlanması üçün pulsuz qan müayinəsindən keçirlər və bunun sayəsində xəstəliklərin erkən diaqnostikası mümkün olur ki, bu da öz növbəsində müalicə olunma ehtimalını ciddi dərəcədə artırır. Bundan əlavə, donorun verdiyi 400 ml qan bədən tərəfindən qısa müddətdə bərpa edilir. Qanınız cavanlaşır, onun xüsusiyyətləri yaxşılaşır, bu isə sağlamlığınız üçün çox faydalıdır.

Bu gün, bu əlamətdar bir gündə, Azərbaycanda müntəzəm təmənnasız qan donorluğunun inkişafında əməyi olan donorluq institutunun bütün iştirakçılarına – bizim donorlarımıza, Qan xidmətinə, qeyri-kommersiya və ictimai təşkilatlara, könüllülərə, Bakı şəhərinin və regionların sosial məsuliyyətli şirkətlərinə dərin minnətdarlığımızı bildiririk.

Donorluq - əsl xeyriyyəçilikdir. Qan vermək – onu bölüşə biləcək insanlar baxımından çox cüzi bir şey kimi görünə bilər, lakin qana ehtiyacı olanlar üçün həyati əhəmiyyət daşıyır! Qan verən donor özünün bir hissəsini – öz qanını, onun kimə kömək edəcəyini bilmədən və mükafat almağı gözləmədən bağışlayır.

Qan donorluğundan daha fədakar əməl ola bilərmi? Həyatda bir çox şey etmək olar, amma insanlara yaşamaq üçün bir şans vermək – bu, donorların bəxş etdiyi ən böyük hədiyyədir!
Əziz donorlarımız! Töhfəniz əvəzolunmazdır!

Bu gün biz sizə səxavətiniz, məsuliyyətiniz, yəqin ki, heç vaxt qarşılaşmayacağınız, lakin həyat bəxş etdiyiniz insanlara qarşı olan sevginiz üçün Çox sağolun deyirik! Çox sağolun ki, son ana qədər müsbət nəticələrə inanmağa və yaxşılığa olan inamı itirməməyə səbəb olursunuz! Çox sağolun ki, uşaqlarımız yaşamasına kömək edirsiniz! Çox sağolun ki, siz varsınız!
Siz dünyanı yaxşılığa doğru dəyişdirirsiniz və bu minnətdarlığa layiqdir! Sizin qarşınızda baş əyirik!


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Aprel 2020, 22:39 (GMT +4)
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub

08 Aprel 2020, 21:35 (GMT +4)
Qənirə Paşayeva aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib

08 Aprel 2020, 19:25 (GMT +4)
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artırılıb

08 Aprel 2020, 19:05 (GMT +4)
DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

08 Aprel 2020, 18:51 (GMT +4)
Jalə Əhmədova: Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır

08 Aprel 2020, 18:36 (GMT +4)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08 Aprel 2020, 18:30 (GMT +4)
“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

08 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub 

08 Aprel 2020, 18:05 (GMT +4)
TƏBİB: Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik

08 Aprel 2020, 18:00 (GMT +4)
Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

08 Aprel 2020, 18:00 (GMT +4)
Nazirlik: Sabahın dərs cədvəli açıqlanıb

08 Aprel 2020, 17:59 (GMT +4)
ÜST Belarusun COVID-19 ilə mübarizə üsullarını qiymətləndirəcək

08 Aprel 2020, 17:53 (GMT +4)
Azərbaycanda karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

08 Aprel 2020, 17:47 (GMT +4)
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

08 Aprel 2020, 17:41 (GMT +4)
Hikmət Hacıyev: Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi təşkil edilib

08 Aprel 2020, 17:38 (GMT +4)
Putin "koronavirus infeksiyası" üzərində qələbə vəd edib

08 Aprel 2020, 17:35 (GMT +4)
“Könüllü donor” kampaniyasına başlanıb

08 Aprel 2020, 17:31 (GMT +4)
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

08 Aprel 2020, 17:20 (GMT +4)
“AccessBank” tender elan edib

08 Aprel 2020, 17:12 (GMT +4)
ÜST Trampın vəsaitin dayandırılmasının mümkünlüyü barədəki fikirlərinə münasibət bildirib

08 Aprel 2020, 17:08 (GMT +4)
Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib

08 Aprel 2020, 17:07 (GMT +4)
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

08 Aprel 2020, 17:04 (GMT +4)
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

08 Aprel 2020, 16:57 (GMT +4)
Kreml Putinin böyük çıxışının anonsunu verib

08 Aprel 2020, 16:44 (GMT +4)
Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

08 Aprel 2020, 16:37 (GMT +4)
Misir koronavirusa görə komendant saatı rejiminin müddətini artırıb

08 Aprel 2020, 16:30 (GMT +4)
Dövlət Komitəsi Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

08 Aprel 2020, 16:10 (GMT +4)
"Twitter" qurucusu COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard dollar bağışlayıb

08 Aprel 2020, 16:07 (GMT +4)
Gənclərlə iş sahəsində çalışan təlimçilərə müraciət edilib

08 Aprel 2020, 15:57 (GMT +4)
Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66