Gələn il Bakıda beynəlxalq "DecorExpo" sərgisi keçiriləcək18 İyul 2016, 09:59 (GMT +4) Bakı, 18 iyul, SalamNews. Gələn il martın 9-11-də Bakı Ekspo Mərkəzində mebel sənayesi, ev tekstili, xalçaçılıq, məişət avadanlıqları və digər dekor əşyaların nümayiş olunacağı III beynəlxalq "DecorExpo" sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SalamNews-a verilən məlumata görə, sərgidə rəsmi şəxslər, distributorlar, dizaynerlər, məşhur hotellərin nümayəndələri, daşınmaz əmlak məsələləri ilə məşğul olan şirkət təmsilçiləri və iş adamlarının iştirakı gözlənilir.
Sərginin təşkilatçısı ELANEXPO-dur.
Ən əhəmiyyətli ticarət sərgiləri təşkilatçılarından olan ELANEXPO Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib. Hər il keçirilən bu kimi sərgilərdə indiyədək yüzlərlə şirkət təmsil olunub.
|