Bakıda “Disney xəzinəsi” adlı fərdi sərgi açılıb19 İyul 2016, 09:12 (GMT +4) Bakı, 19 iyul, SalamNews, Ş.Nəzərli. Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda gənc rəssam Elmira Rəcəbovanın “Disney xəzinəsi” adlı fərdi sərgisi açılıb.
SalamNews xəbər verir ki, müəllif 60-dək sənət əsərinin yer aldığı sərgini Disney qəhrəmanlarına həsr edib.
ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, gənc fırça ustası tərəfindən seçilmiş bütün Disney personajları parlaq və rəngarəngliyi ilə diqqəti cəlb edir. Ən heyranedici personaj isə Mikki Mausun özüdür.
Qeyd olunub ki, Elmira Rəcəbova məşhur obrazların bütövlükdə qalereyasını yaradır. Gözəl Belosnejka, möcüzələr ölkəsində dəcəl Alisa, qaraçı Esmiralda və gözəl Ariyelin ən romantik obrazları onun yaradıcılığında öz yerini tutur.
Vurğulanıb ki, onun yaradıcılığında kişi obrazlarından zəkalı Ələddin və cəsarətli Tarzan, eləcə də oxşar nağılların digər nümayəndələri də əks olunur.
Müəllif sevimli ayı balası Vinni Pux və maral balası Bembini özünün dostları ilə və çoxsaylı başqa qəhrəmanları çəkir.
Sərgi bir həftə davam edəcək.
|