"Abşeron" rəsm qalereyasında sabah gənc rəssamların sərgisi açılacaq21 İyul 2016, 16:30 (GMT +4) Bakı, 21 iyul, SalamNews, Ş.Nəzərli. "Abşeron" rəsm qalereyasında “Milli Dəyər” layihəsi çərçivəsində sabah gənc rəssamların sərgisi açılacaq.
SalamNews-un məlumatına görə, tədbirin təşkilatçılarından olan “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyindən bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından gəncləri təşviq etmək, gənclər siyasətinə dəstək olmaq, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir.
Bildirək ki, layihə çərçivəsində qısametrajlı filmin çəkilməsi, gənclərlə görüşlərin təşkili və onların iştirakı ilə sərgi açmaq da nəzərdə tutulur.
|