Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Yelkən Festivalı”-na start verilir

25 İyul 2016, 13:34 (GMT +4)

Bakı, 25 iyul, SalamNews. Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə, iyulun 29-da Azərbaycanda ilk dəfə olaraq “Yelkən Festivalı” keçiriləcək.

Federasiyadan SalamNews-a verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd gənc nəsil arasında Yelkənli idmanı tanıtmaq və inkişaf etdirməkdir.

Yelkən Festivalı çərçəvəsində qonaqları əyləncəli viktorinalar, maraqlı oyunlar, musiqili proqram və hədiyyə qazanmaq şansı gözləyir.

Eyni zamanda 7-14 yaşlı uşaqlar üçün “Yelkən İdmanı üzrə Yay Məktəbi - 2016” proqramının növbəti dövrləri üçün də qeydiyyat aparılacaq. Festivalın açılış günü Azərbaycan Yelkənli İdman Federasiyası haqqında lentə alınmış sənədli filmin təqdimat mərasimi ilə yadda qalacaq.

Belə ki, təqdimat mərasimi Park Bulvar AVM-də yerləşən Park Cinemada baş tutacaq.
Qeyd edək ki, Festival 3 gün davam edəcək və hər gün saat 15:00-dan etibarən iştirakçıların üzünə açıq olacaq.

Festival iyulun 31-i kimi davam edəcək.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib

Azərbaycan Yelkənli İdman Federasiyasının Qış Proqramı davam edir (FOTOLAR)

Azərbaycan Yelkənli İdman Federasiyası daha bir ilkə imza atıb (FOTO, VİDEO)


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66