Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 116 əlilliyi olan şəxsi istirahətə göndərib

16 Sentyabr 2016, 11:27 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 116 əlilliyi olan şəxs istirahətə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, ƏƏSMN-nin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu həftə 116 nəfər əlilliyi olan şəxs Lənkəran və Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərinə istirahətə göndərilib.

İstirahətə yola salınan əlillər Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə yüksək diqqət və qayğısından razı qaldıqlarını vurğulayıblar. Onlar bildiriblər ki, ölkəmizdə aparılan sosial siyasət sosial cəhətdən həssas qruplara aid insanların, o cümlədən əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası istiqamətində işlərin də getdikcə güclənməsinə səbəb olur. Onlara ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Həmçinin, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzillərlə, minik avtomobilləri və müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir.

Əlillər onların sosial müdafiəsinin gücləndirilməsi, habelə yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1015 nəfər əliliyi olan şəxsin istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Həmin vətəndaşlardan artıq 975 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə istirahətə göndərilib. Digər şəxslərin də yaxın günlərdə istirahətə yola salınması təmin olunacaq. Əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb

ETSN: “Zeytunluq” adlanan ərazidə ağacların kəsilməsi faktı yoxdur, park və istirahət mərkəzi salınır

Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır

İstirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Cəlilabadda evdə qumbara və sursat aşkarlanıb

Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

Cəlilabadda 38 baş iribuynuzlu mal-qara oğurlayaraq satan şəxslər saxlanılıblar

Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı yeni layihənin icrasına başlanıb

ETSN bir neçə istirahət mərkəzinin bağlanması ilə bağlı məhkəməyə müraciət edib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 50 mənzil verilib

“Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri” təsdiqlənib

Nazirlik 50 minik avtomobilini Qarabağ müharibəsi əlillərinə təqdim edib

Nazirlik tərəfindən bir qrup əlilliyi olan şəxs “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

Əlillərimizdən möhtəşəm ifa (VIDEO)

Lənkəran, Masallı və Cəlilabadda saxta kərə yağı istehsal edən sexlər ifşa edilib

Əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzi yaradılacaq

ƏƏSMN: 500 nəfər əlilin biznes qurmasına dəstək veriləcək

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12