Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Xocavəndin işğalından 24 il keçir

02 Oktyabr 2016, 09:00 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews2 oktyabr Xocavənd rayonunun Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edildiyi tarixdir.

SalamNews xəbər verir ki, həmin hadisədən 24 il ötür.

Bildirək ki, Xocavənd rayonu 1991-ci ildə Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kvadrat kilometr olan rayonda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. Xocavəndin azərbaycanlılar yaşayan Tuğ və Salakətin kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-ci il yanvarın 9-da işğal edilib. 1992-ci il fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl soyqırım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən çox sakini olan kənddə işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, bir mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilib və yandırılıb. Düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərin 145 nəfəri şəhid olub.

Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd son 20 ildə ermənilər tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin təbii meşələr qırılaraq məhv edilib, nadir bitki və ağac növlərinin kökü kəsilib. Yurd-yuvasından didərgin düşən xocavəndlilər əsasən Beyləqan rayonunda məskunlaşıblar. Burada Xocavənddən olan məcburi köçkünlər üçün 500 ailəlik müasir qəsəbə salınıb. Bu qəsəbədə rayonun icra hakimiyyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

Laçının işğaldan azad edilməsindən iki il ötür

Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib

Rəsmi Tehran: İran Azərbaycan torpaqlarının işğalını pisləyib və onun azad edilməsini ən yüksək müstəvilərdə dəstəkləyib

Fahrettin Altun: Qarabağ azaddır və bir daha işğal altında olmayacaq!

Şuşanın erməni işğalından azad olunmasından iki il ötür

DİN: Xocavənddə silah-sursat aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanıb

Qubadlının işğaldan azad edilməsindən 2 il ötür

Zəngilanın işğaldan azad edilməsindən 2 il ötür

Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib

Xudafərin körpüsünün işğaldan azad olunmasından 2 il ötür

Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlanıb

Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür

Medvedyev: «Rusiya Ukrayna neonasistləri tərəfindən işğal olunmuş əraziləri azad etməyə davam edəcək»

İlham Əliyev: İşğaldan azad edilmiş torpaqlardakı 67 məsciddən 65-i tamamilə dağıdılıb

Netanyahu işğal altında olan ərazilərdə yeni yaşayış massivləri salacağını bildirib

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

DİN: Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlanıb

02 Dekabr 2022, 09:46 (GMT +4)
Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərdən 38-i uşaq olub

02 Dekabr 2022, 09:35 (GMT +4)
ABŞ Hizbullah hərəkatına yeni sanksiyalar tətbiq edib

02 Dekabr 2022, 09:30 (GMT +4)
Azərbaycan neftinin qiyməti 90 dolları keçib

02 Dekabr 2022, 09:20 (GMT +4)
BNA: 146 avtobusun hərəkət intervalında gecikmələr var

02 Dekabr 2022, 09:09 (GMT +4)
İranda nazir müavininə qarşı sui-qəsd həyata keçirilib

02 Dekabr 2022, 09:00 (GMT +4)
DÇ: Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

01 Dekabr 2022, 18:00 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda cüzi artıb

01 Dekabr 2022, 17:51 (GMT +4)
DSX: Ötən ay sərhədi pozan 47 nəfər saxlanılıb

01 Dekabr 2022, 17:41 (GMT +4)
İraqın neftdən bir aylıq gəliri səkkiz milyardı keçib

01 Dekabr 2022, 17:36 (GMT +4)
Azərbaycana gətirilmiş bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb

01 Dekabr 2022, 17:24 (GMT +4)
Polşa höküməti: Almaniya Ukraynaya hərbi yardımda zəif iştirak edir

01 Dekabr 2022, 17:20 (GMT +4)
Ceyhun Bayramov Niderlandın XİN başçısı ilə görüşüb

01 Dekabr 2022, 17:10 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

01 Dekabr 2022, 16:58 (GMT +4)
MN: Azərbaycan-Pakistan-Türkiyə hərbi əməkdaşlığının inkişafı müzakirə olunub

01 Dekabr 2022, 16:57 (GMT +4)
Medvedyev: Rusiya qüvvələrini toplayaraq lazımi zərbəni endirə biləcək

01 Dekabr 2022, 16:50 (GMT +4)
Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

01 Dekabr 2022, 16:40 (GMT +4)
Somalidə əl-Şəbab qruplaşmasının 41 üzvü zərərsizləşdirilib

01 Dekabr 2022, 16:34 (GMT +4)
Bərdədə narkotik satan şəxslər saxlanılıb

01 Dekabr 2022, 16:22 (GMT +4)
Medvedyev: Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb

01 Dekabr 2022, 16:20 (GMT +4)
Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib

01 Dekabr 2022, 16:10 (GMT +4)
Fermerlərin torpaqların sənədləşməsi ilə bağlı müraciətlərinin sayı açıqlanıb

01 Dekabr 2022, 15:58 (GMT +4)
Politico: Fransa qeyri-rəsmi olaraq Ukraynaya artıq yardım edə bilməyəcəyini etiraf edir

01 Dekabr 2022, 15:50 (GMT +4)
AQTA: Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

01 Dekabr 2022, 15:38 (GMT +4)
Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

01 Dekabr 2022, 15:36 (GMT +4)
Deputat Rüfət Quliyev: Supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir

01 Dekabr 2022, 15:35 (GMT +4)
İran prezidenti son iki ayda ən çox etiraz və iğtişaşların şahidi olan Kürdüstana gedib

01 Dekabr 2022, 15:30 (GMT +4)
Deputat Əli Məsimli: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var

01 Dekabr 2022, 15:20 (GMT +4)
Deputat: Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur, bunun metodologiyası necə hesablanır?

01 Dekabr 2022, 15:10 (GMT +4)
İnam Kərimov Masallıda vətəndaşları qəbul edib

01 Dekabr 2022, 14:59 (GMT +4)
Lavrov: Ermənistanın Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66