Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xalça Muzeyində Pirot kilimləri sərgisi açılıb

08 Oktyabr 2016, 13:39 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews. Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu. Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalqının mədəni sərvəti olan xalça haqqında məlumat verib, ölkəmizdə xalçaçılığın qorunması və inkişafına böyük diqqət yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xalça Muzeyi üçün yeni bina inşa olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin dekabrında ənənəvi Azərbaycan xalçaçılığı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Məlumat verilib ki, 2015-ci ilin aprelində Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumu imzalanıb. Bu gün açılan sərgi də həmin çərçivədə keçirilir.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Memorandum çərçivəsində, həmçinin 2017-ci ildə Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçası sərgisi keçiriləcək.

Belqrad Etnoqrafiya Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mircana Minkova Bakıya gətirilən kolleksiya – Pirot kilimləri haqqında məlumat verib. Qeyd edilib ki, Belqrad Etnoqrafiya Muzeyində 1792-1932-ci illərdə toxunan 169 kilim saxlanılır. Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhəri XVIII- XIX əsrlərdə kilim toxuculuğunun əsas mərkəzi olub.

M.Minkova rəhbərlik etdiyi muzeyin tarixi barədə də danışıb və sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Sərgi noyabrın 6-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərxalça” istehsalı bərpa edir

Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəlib (VİDEO)

"Azərxalça"nın yeni sədri kollektivə təqdim edilib

“Azərxalça” ASC-nin İdarə Heyətinə sədr təyin edilib

Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi davam edir (FOTO)

Nizami Gəncəviyə həsr olunan beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib

Rusiya Etnoqrafiya Muzeyi Azərbaycan xalçaçılıq və dekorativ-tətbiqi sənətinin şedevrlərini təqdim edir (FOTO)

Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

“Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov həbs edilib

Şuşa xalçaçılığına dair video material hazırlanıb (VİDEO)

Gəncədə köşkdə partlayıcı pirotexniki vasitələr aşkarlanıb

Azərbaycan Milli Xalça Muzeyi bu ilin birinci yarısını uğurla başa vurub (FOTO)

“Forbes” Azərbaycan xalçaları haqqında məqalə dərc edib

İstanbulda Azərbaycan xalçalarının sərgisi keçiriləcək

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək

DİN: Polis 31 min 400 ədədə yaxın partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlayıb

13 Aprel 2021, 19:46 (GMT +4)
KİV: Füceyrə limanı yaxınlığında İsrailə məxsus gəmi vurulub

13 Aprel 2021, 18:02 (GMT +4)
“YAŞAT” Fondu daha iki şəhid övladının zəruri xərclərini qarşılayıb

13 Aprel 2021, 17:52 (GMT +4)
FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

13 Aprel 2021, 17:42 (GMT +4)
Bakıda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

13 Aprel 2021, 17:41 (GMT +4)
İran uranı 60 faizədək zənginləşdirmə işinə başladığını bildirib

13 Aprel 2021, 17:40 (GMT +4)
Kreml Türkiyədə koronavirusla bağlı vəziyyətin “təhlükəli şəkildə gərginləşdiyini” açıqlayıb 

13 Aprel 2021, 17:32 (GMT +4)
İmişlidə toy məclisi aşkar edilib

13 Aprel 2021, 17:22 (GMT +4)
Bərdədə ad günü məclisi keçirən şəxslər müəyyən edilib

13 Aprel 2021, 17:11 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

13 Aprel 2021, 17:10 (GMT +4)
Çində mədəndə baş verən uçqunda ölənlərin sayı 8 nəfərə yüksəlib

13 Aprel 2021, 17:00 (GMT +4)
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

13 Aprel 2021, 16:51 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

13 Aprel 2021, 16:47 (GMT +4)
İran nümayəndə heyəti nüvə danışıqları üçün Vyanaya yola düşüb

13 Aprel 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 2 002 nəfər COVID-19-dan sağalıb, 34 nəfər vəfat edib

13 Aprel 2021, 16:26 (GMT +4)
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib

13 Aprel 2021, 16:25 (GMT +4)
Yaponiya baş naziri ABŞ-a səfər edəcək

13 Aprel 2021, 16:14 (GMT +4)
Daha 3 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

13 Aprel 2021, 16:02 (GMT +4)
DYP Astarada tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirib

13 Aprel 2021, 15:53 (GMT +4)
Gürcüstan NATO-ya üzvlük prosesini sürətləndirməyə çağırır

13 Aprel 2021, 15:48 (GMT +4)
Suveyş kanalını bloklayan gəminin sahibinin ödəməli olacağı cərimə məbləği açıqlanıb

13 Aprel 2021, 15:39 (GMT +4)
Prezident: “Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi”

13 Aprel 2021, 15:27 (GMT +4)
Peskov: Rusiya və Azərbaycan hərbçiləri "İskəndər" mövzusunda dialoq aparır

13 Aprel 2021, 15:23 (GMT +4)
Son 3 ildə Azərbaycanda əməkhaqqı fondu 81% artıb

13 Aprel 2021, 15:10 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

13 Aprel 2021, 14:58 (GMT +4)
NATO baş katibi Rusiyadan qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edib

13 Aprel 2021, 14:56 (GMT +4)
Qubadlıda çaylara farel balıqları buraxılıb

13 Aprel 2021, 14:44 (GMT +4)
Prezident Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb

13 Aprel 2021, 14:34 (GMT +4)
Prokurorluq işçilərinin maaşının artırılması ilə bağlı layihə ilk oxunuşda təsdiqlənib

13 Aprel 2021, 14:28 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxmada artım qeydə alınıb

13 Aprel 2021, 14:24 (GMT +4)
Hacıqabulda toy məclisi aşkar edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66