Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi cinayətləri şərh edib

10 Oktyabr 2016, 17:45 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu Səudiyyə Ərəbistanının Yəməndə törətdiyi müharibə cinayətlərini şərh edib.

SalamNews xəbər verir ki, İ.İbrahimoğlu mövzu ilə bağlı özünün "Facebook" sosial şəbəkəsindəki hesabında "Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlərlə bağlı" başlığı ilə mətbuata ünvanlanan yazısını dərc edib.

Satusda qeyd edilib: "Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlər bir neçə amildən qaynaqlanır. İlk olaraq, bu, Səudiyyənin jandarm funksiyalarından irəli gəlir. Belə ki, Qərb dövlətlərinin geo-strateji sxemlərinə uyğun olaraq, Səudiyyə rejimi İsrail rejimi ilə sinxron olaraq, Yaxın Şərq bölgəsində kolonial siyasətin davam etməsi ilə bağlı onun üçün müəyyən edilən funksiyaları yerinə yetirir. 

İkinci tərəfdən, Səudiyyə rejimi regionda öz maraqlarından çıxış edərək, nüfuz dairəsini genişləndirmək istəyir. Öncə bunu populist proqramlarla, "xeyriyyəçi" imicini dəstəkləməklə etməyə çalışırdılarsa, indi artıq maskalarını kənara atıb, yırtıcı mahiyyətlərini ortaya qoyublar.

Üçüncüsü, Səudiyyənin daxilində problemlər və qarşıdurmalar şiddətlənir və rejim, "düşmənə qarşı birləşmək" konstruksiyası əsasında problemlərin həllini təxirə salmaq istəyir.
Dördüncüsü, hakim klanın daxilində hərc-mərclik olmazın həddə çatıb və bu cür əzələ nümayişi ilə klandaxili hədə impulsları verilir.

Sözsüz ki, bu sırada təkfirçi-vəhhabi dözümsüzlüyü və müsəlmanların canına və qanına qənim kəsilməsi də xüsusi yer tutur.

Bu cinayətlərin qarşısının alınması üçün həm müsəlman dövlətlərinin, həm də ümumilikdə dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür. Ən ümdəsi, problemin mahiyyəti bilinməli və yayılmalıdır. Təcavüzkar qüvvələrə qarşı tətbiq edilən model, Səudiyyə rejimini durdurmaq üçün işlənməlidir.

Bunlarla yanaşı, ölən və yaralananlara görə kompensasiya, dağıntıların bərpası və bu kimi ödənişlərin də Səudiyyə rejimindən alınması, beynəlxalq birliyin həll etməli olduğu məsələlərdəndir.

Təbii ki, bütün bunlar ikili standartlardan tam imtinaya nail olunduğu təqdirdə realdır."

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya təyyarələri Yəmənin paytaxtı Səna şəhərində yas mərasimini bombalayıb. Ölkənin daxili işlər naziri Cəlal Əl-Ruveyşanın atasının dəfn mərasiminə toplaşan sakinlərin hədəfə alındığı raket hücumunda azı 200 nəfər dünyasını dəyişib, 530 nəfər isə yaralanıb. 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

Ərəb dünyasının Qüds mövzusunda susqunluğu onlara İraq, Suriya və Yəmən problemlərini yaşadır - şərqşünas

Yəməndə koronavirusa yoluxma artıb, ÜST bu ölkə ilə bağlı xəbərdarlıq edib

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 46 mini ötüb

BMT TŞ Yəmənin cənubundakı separatçıları muxtariyyət elanını ləğv etməyə çağırıb

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 40 mini ötüb

Yəmənin cənubunda hökumət qüvvələrilə separatçıların qarşıdurması şiddətlənib, onlarla ölü var

Yeni rektor: İlahiyyatçıların yetişdirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik

Səudiyyə Ərəbistanı iqtisadi vəziyyətə görə subsidiyaları dayandırıb və vergiləri artırıb

Yəmənin cənubunda Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında döyüşlər başlayıb

Səudiyyə Ərəbistanında sabiq kralın oğlu həbs edilib

Husilər Səudiyyəni Somali vətəndaşlarını Yəmən ərazisinə köçürməkdə ittiham edib

Yəmən münaqişəsi dövründə 290 KİV nümayəndəsi həyatını itirib

Səudiyyə Yəmənin gömrük keçidinə aviazərbələr endirib, onlarla yük maşını yanıb (FOTO)

Yəmənin Sokotra adasında Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında döyüşlər başlayıb

Yəməndə koronavirusa yoluxma və ölüm hallarına görə komendant saatı tətbiq edilib

ABŞ Yəmənin cənubunda muxtariyyət elan edilməsinə münasibət bildirib

Səudiyyə Ərəbistanı Yəmənin 15 neft gəmisini saxlayıb – Neft Şirkəti

Separatçılar Yəmənin cənubunda yerli hökumət elan ediblər, Səudiyyə cavab verib

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

29 May 2020, 13:23 (GMT +4)
Ötən gün yol qəzalarında 6 nəfər ölüb

29 May 2020, 13:00 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

29 May 2020, 12:49 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı sürətlə artaraq 13 mini ötüb

29 May 2020, 12:45 (GMT +4)
DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb

29 May 2020, 12:30 (GMT +4)
Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

29 May 2020, 12:15 (GMT +4)
Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

29 May 2020, 12:07 (GMT +4)
Avropa İttifaqı və Rusiya ABŞ-ın İranın nüvə proqramına qarşı yeni qərarını tənqid ediblər

29 May 2020, 12:05 (GMT +4)
Adil Əliyev qızıl ordenlə təltif edilib

29 May 2020, 12:00 (GMT +4)
Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq

29 May 2020, 11:45 (GMT +4)
28 May-Respublika Günü münasibətilə “Azercell”dən şəhid və əlil ailələrinə sovqat paylanılıb

29 May 2020, 11:30 (GMT +4)
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq

29 May 2020, 11:28 (GMT +4)
İranın şimal-qərb sərhədlərində silahlılarla qarşıdurma zamanı 3 əsgər həlak olub

29 May 2020, 11:15 (GMT +4)
Qubada avtomobil dərəyə aşıb

29 May 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

29 May 2020, 10:46 (GMT +4)
Prezident: "Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"

29 May 2020, 10:43 (GMT +4)
ABŞ Dövlət Katibliyi Küveytə 1.4 milyard dollarlıq silah satışına razılıq verib

29 May 2020, 10:30 (GMT +4)
Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötüb

29 May 2020, 10:15 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

29 May 2020, 10:05 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etiraz və qarşıdurmalar artır, Milli Qvardiya müdaxilə edib (VİDEO)

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66