“Forbes” ən varlı mərhum tanınmışların adlarını açıqlayıb13 Oktyabr 2016, 12:34 (GMT +4) Bakı, 13 oktyabr, SalamNews, C.Nəzərov. “Forbes” jurnalının versiyasına əsasən, ABŞ-lı ifaçı Maykl Cekson ən varlı mərhum ulduzlar reytinqində birinci yeri tutub.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, Ceksonun gəliri ötən il ərzində 825 milyon dollar təşkil edib. İkinci yeri 48 milyon dollar qazanan komikslər müəllifi Çarlz Şults tutub. Qolfçu Arnold Palmer üçüncü olub (40 milyon dollar).
Onluğa, həmçinin musiqiçilər Elvis Presli (27 milyon dollar), Prins (25 milyon dollar), Bob Marli (21 milyon dollar), yazıçı Teodor Syuz Qeyzel (20 milyon dollar), musiqiçi Con Lennon (12 milyon dollar), fizik Albert Eynşteyn (11,5 milyon dollar) və model Betti Peyc (11 milyon dollar) daxil olublar.
|