Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Seymur Orucov: "Azərbaycan gəncliyi cənab prezidentimizin çətiri altında inkişaf etməkdədir"

07 Noyabr 2016, 12:38 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews, A.İsgəndərova. “Bu gün Azərbaycanda dövlət siyasətinin ən vacib istiqamətlərindən biri də gənclər siyasətidir”.

Bunu SalamNews-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclər üçün lazımi şəraiti yaradıb: “Bu siyasətin əsas bazası ulu öndərimiz tərəfindən başladılıb. Ulu öndərimiz ilk dəfə hakimiyyətə gəldiyi vaxtlardan artıq dövlətimizdə yeni Azərbaycan gənclərini formalaşdırmağa başladı. Onların seçkili orqanlarda, dövlətin idarə olunmasında, mərkəzi icra orqanlarında önə çəkilməsi üçün qərarlar qəbul etdi. Azərbaycan gəncliyinin inkişafı üçün hüquqi bazanı yaratdı. Müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyində demək olar ki, çox bədbin ruh mövcud idi. Çünki bir tərəfdə müharibə gedirdi, digər tərəfdə gənclər ancaq hansısa siyasi qrupların tərkibində fəaliyyət göstərirdi. Ümumi strategiya, dövlətçilik anlayışı gənclərimizdə yox idi. Amma o zamandan başlayaraq, hüquqi baza düzəldikdən sonra bu günlərdə Azərbaycan gəncliyi artıq cənab prezidentimiz İlham Əliyevin çətiri altında inkişaf etməyə başlayıb. Artıq Azərbaycanda xaricdə təhsillə bağlı dövlət proqramı, gənclər fondunun, elmlə məşğul olan gənclər üçün elm fondu və digər belə qurumlar fəaliyyət göstərir. Azərbaycandakı gənclərlə bağlı qeyri hökumət təşkilatlarının fəaliyyəti üçün dövlət və mərkəzi yerli icra hakimiyyəti orqanlarında hər cür şərait yaradılıb”.

Seymur Orucov qeyd edib ki, bu gün Azərbaycan gənci əgər idman sahəsinə maraq göstərirsə, bu sahədə onun üçün istənilən şərait var: “Mədəniyyət və incəsənət sahəsində də cənab prezidentimiz elə gözəl şərait yaradıb ki, kimin bu sahədə qabiliyyəti varsa, önə çıxması üçün bütün arenalar onların üzünə açıqdır. Xanın Mehriban Əliyevanın rəhbərliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Muğan Festivalında nə qədər gənc xanəndələrimiz ortaya çıxıb. Gənclərimiz xaricdə dövlətimizi yüksək səviyyədə təmsil edirlər. Bundan əlavə bizim düşündüyümüz ən önəmli amil gənclərimizin elmə olan marağının artırılmasıdır. Bununla bağlı görülən tədbirlər nəticəsində gənclərimizin elmə marağı çoxalıb. Bu gün Azərbaycan gəncliyinin qarşısına xaricdə yeni-yeni kəşflər əldə edilməsi kimi məsələlər qoyulub. Artıq NASA-da bizim gəncimiz çalışır. SSRİ-nin vaxtında 1970-ci illərdə NASA-da işləyən Azərbaycan gəncini tapmaq qeyri-mümkün idi. Dövlətin dəstəyi nəticəsində belə gənclər ortaya çıxır. Gənclərimizin uğurları göz önündədir. Azərbaycanda milli dəyərlərinə bağlı, yeni fikirlərdə aktiv gənclik formalaşmaqdadır. Biz də bunu cənab prezidentimizə borcluyuq”. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

AMEA-nın şöbə müdiri vəfat edib

"Mançester Siti" Messinin yeni klubu ola bilər

İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

Bakıda alternativ qaz xətləri yaradılır

Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66