Somalidə toqquşmalar nəticəsində 29 nəfər ölüb, 50-dən çox insan yaralanıb07 Noyabr 2016, 14:16 (GMT +4) Bakı, 7 noyabr, SalamNews, C.Nəzərov. Somalinin mərkəzində yerləşən Qalkayo şəhərində silahlı birləşmələr arasında bərpa olan toqquşmalar nəticəsində ən azı 29 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Bu barədə SalamNews “Reuters” agentliyinə istinadən xəbər verir.
Bundan əvvəl Puntlenda və Qalmuduqa yarımmuxtar regionlarının silahlı birləşmələri arasında ərazi mübahisəsi səbəbilə toqquşmaların bərpa olunduğu və 20 nəfərin öldüyü barədə məlumat verilib.
|