Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BƏƏ-nin “Əl-Fəcr” qəzetində Dövlət Bayrağı Gününə dair yazı dərc olunub

09 Noyabr 2016, 16:43 (GMT +4)

Bakı, 9 noyabr, SalamNews. Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunub.

Səfirliyin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, məqalə ümummilli lider Heydər Əliyevin “Yüksələn bayraq daim dalğalanmalıdır” kəlamı ilə başlayır. Yazıda Ulu Öndərin bu hikmətli ifadəsinin Azərbaycan xalqının vahidliyini və bayraq ətrafında sıx birliyini, o cümlədən milli qürur mənbəyinin sarsılmazlığını nümayiş etdirdiyi vurğulanıb. Həmçinin Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün əziz gün olduğu, xalqımızın liderinin bu bayrama xeyir-dua verməsinin onun əhəmiyyətini daha da artırdığı diqqətə çatdırılıb.

Diplomat yazıda vurğulayıb ki, bu şanlı bayram Azərbaycanın hərtərəfli inkişafı üçün əlavə stimuldur. Müdrik rəhbərlərinin uzaqgörənliyi ilə vətənpərvərliyin ən gözəl nümunələrini yaradan, qədim və zəngin ənənələrinə, tolerantlıq, qarşılıqlı hörmət və məhəbbət dəyərlərinə daim sadiqlik nümayiş etdirən xalqımız dövlət bayrağını göz bəbəyi kimi qoruyur, onu hər zaman yüksəkdə tutur. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması və bu bayramın yüksək səviyyədə qeyd edilməsi ölkəmizdə vətənpərvərlik ruhunun daha da güclənməsinə, qədim tariximizin və milli dövlətçilik ənənələrimizin geniş təbliğinə təkan verib.

Azərbaycanın üçrəngli bayrağının tarixi barədə məlumat verən diplomat bayrağın ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edildiyini bildirib. Sovet dövründə bayrağımızın köklü dəyişikliklərə məruz qaldığı oxucuların diqqətinə çatdırılıb, bayraqda yer alan rənglərin mahiyyəti barədə məlumat verilib.

Qeyd olunub ki, üçrəngli bayraq ölkəmizin müstəqilliyinin bərpasından qısa müddət əvvəl – 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul edilib. Bu tarixdən əvvəl isə - 1990-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız muxtar respublikanın dövlət bayrağı kimi təsdiqlənib.

Yazıda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun əsas atributlarını, o cümlədən dövlət bayrağını bərpa etdiyi, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bu sahədə qanunvericilik bazasının təkmilləşdirildiyi qeyd olunub.

Azərbaycanda dövlət bayrağına yüksək ehtiramın göstərildiyini vurğulayan D.Şikarov dövlətimizin başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə 9 noyabr gününün Dövlət Bayrağı Günü elan edildiyini diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin Sərəncamına əsasən inşa edilən Dövlət Bayrağı Meydanının 2010-cu il sentyabrın 1-də açılışının olduğu bildirilib. Qeyd edib ki, Azərbaycanın dövlət bayrağı meydanda 162 metr hündürlüyündəki bayraq dirəyində dalğalanır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da bu bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu açıqlayıb.

Məqalənin yekununda səfir qürur və iftixar mənbəyi olan dövlət bayrağının Azərbaycan xalqı üçün yüksək rəmzi məna daşıdığını bildirib. Vurğulanıb ki, xalqımız Dövlət Bayrağı Gününü ən əziz bayram kimi qeyd edərək, Vətəninin bayrağına və öndərinə, habelə şanlı keçmişinə, bu gününə və gözəl gələcəyinə sədaqətini və inamını bir daha nümayiş etdirir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi dərc olunub

İran prezidenti BƏƏ və Bəhreynin İsraillə saziş imzalamasına münasibət bildirib

BƏƏ və Bəhreyn Vaşinqtonda İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini imzalayıblar

Tramp İsraillə sazişdən sonra BƏƏ-ə F-35 qırıcılarının satışının mümkün olduğunu bildirib

İsrail baş naziri BƏƏ və Bəhreynlə əlaqələrin rəsmiləşməsi sazişini imzalamaq üçün ABŞ-a gedib

BƏƏ və Bəhreyn xarici işlər nazirləri İsraillə saziş imzalamaq üçün Vaşinqtona gediblər

ABŞ mənbələri BƏƏ-İsrail əlaqələrinin «müsbət nəticəsi»ni açıqlayıblar

Fələstin Ərəb dövlətlərinin toplantısında BƏƏ-İsrail əlaqələrinin gündəmə gətirilməməsini pisləyib

Ərəb Dövlətləri Liqası BƏƏ-İsrail əlaqələrinin rəsmiləşdirilməsini pisləməyib

BƏƏ-İsrail əlaqələrinin rəsmi imzalanma mərasiminin zamanı açıqlanıb

DİM ötən ilin keçid ballarını dərc edib

BƏƏ-nin vəliəhdi İsraillə əlaqələri rəsmiləşdirmək fonunda Təl-Əvivə gedir

İsrailin Kəşfiyyat naziri F-35 təyyarələrinin BƏƏ-ə satılmasının əleyhinə çıxış edib

İsrail ABŞ-ın BƏƏ-ə yeni silahlar satmasına qarşı çıxmayacaq - KİV

Rusiya Misir, BƏƏ və Maldiv adaları ilə beynəlxalq uçuşları bərpa edir

Netanyahu Misir prezidenti Əbdül-Fəttah Sisi ilə BƏƏ-İsrail əlaqələrini müzakirə edib

İlk dəfə olaraq İsrail və BƏƏ arasında rəsmi memorandum imzalanıb

Ayətullah Xamenei BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

24 Sentyabr 2020, 18:00 (GMT +4)
Abşeron sakini 16 kq narkotiklə tutulub

24 Sentyabr 2020, 17:58 (GMT +4)
Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

24 Sentyabr 2020, 17:48 (GMT +4)
Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

24 Sentyabr 2020, 17:43 (GMT +4)
Təhsil naziri “World Skills International” təşkilatının rəhbər ilə görüşüb

24 Sentyabr 2020, 17:37 (GMT +4)
BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:36 (GMT +4)
Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

24 Sentyabr 2020, 17:30 (GMT +4)
Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

24 Sentyabr 2020, 17:21 (GMT +4)
Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

24 Sentyabr 2020, 17:15 (GMT +4)
“Rəsul Rza” gəmisi təmirdən sonra yenidən xarici sulara yola salınıb

24 Sentyabr 2020, 17:01 (GMT +4)
Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

24 Sentyabr 2020, 16:59 (GMT +4)
İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

24 Sentyabr 2020, 16:43 (GMT +4)
Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmada yeni anti-rekord qeydə alınıb

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Borrel Lukaşenkonun andiçmə mərasiminə münasibət bildirib

24 Sentyabr 2020, 16:21 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 25 mini keçib

24 Sentyabr 2020, 16:20 (GMT +4)
AzTU əlaqələrini genişləndirir

24 Sentyabr 2020, 16:16 (GMT +4)
Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

24 Sentyabr 2020, 16:10 (GMT +4)
SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 15:45 (GMT +4)
Bayden Trampın hakimiyyəti dinc yolla ötürməkdən imtina etməsinə münasibət bildirib

24 Sentyabr 2020, 15:45 (GMT +4)
ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

24 Sentyabr 2020, 15:42 (GMT +4)
Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020, 15:38 (GMT +4)
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alınıb

24 Sentyabr 2020, 15:18 (GMT +4)
"Navalnı işi" səbəbiylə ABŞ-Rusiya münasibətləri çətinləşib - səfir

24 Sentyabr 2020, 15:06 (GMT +4)
AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

24 Sentyabr 2020, 15:00 (GMT +4)
Anabolik steroidlərin istifadəsi ilə bağlı mətbuat konfransı keçirilib

24 Sentyabr 2020, 14:56 (GMT +4)
Rusiya XİN diplomatların Bolqarıstandan qovulmasına qarşı cavab tədbirləri görüləcəyini vəd edib

24 Sentyabr 2020, 14:42 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb

24 Sentyabr 2020, 14:30 (GMT +4)
Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən turnir keçiriləcək

24 Sentyabr 2020, 14:21 (GMT +4)
Putin Nobel Sülh mükafatına namizəddir

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66