Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib

28 Noyabr 2016, 10:59 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews.Bu gün Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.

Prezidentin mətbuat xidmətindən SalamNewsun xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğulayıb və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirib. Dövlət başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini deyib və bildirib ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser XXII Bakutel sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd edib. Maykl Qanser tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd edib.

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını deyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

Prezident İlham Əliyev: Qapalı şəraitdə hər kəs maska taxmalıdır

09 İyul 2020, 12:15 (GMT +4)
BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib

09 İyul 2020, 12:11 (GMT +4)
Professor Elton Məmmədov qızıl medalla təltif edilib

09 İyul 2020, 12:03 (GMT +4)
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

09 İyul 2020, 12:02 (GMT +4)
İranın paytaxtında 4,500 həkim və tibb işçisi koronavirusa yoluxub

09 İyul 2020, 11:50 (GMT +4)
Tramp ABŞ və Meksika arasındakı münasibətlərin "əla" olduğunu açıqlayıb 

09 İyul 2020, 11:34 (GMT +4)
DİN: Karantin qaydalarını pozan daha bir kafe aşkarlanıb

09 İyul 2020, 11:20 (GMT +4)
Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

09 İyul 2020, 11:16 (GMT +4)
Rusiya «Cəbhətan-Nusra»nın yeni «kimyəvi hücum planı»ndan xəbər verib

09 İyul 2020, 11:14 (GMT +4)
Trüdo: Kanada koronavirusa qarşı ABŞ-dan daha effektiv mübarizə aparır

09 İyul 2020, 10:58 (GMT +4)
ABŞ Süleymaninin öldürülməsi ilə bağlı BMT ekspertinin məruzəsini qeyri-obyetktiv hesab edib

09 İyul 2020, 10:55 (GMT +4)
Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

09 İyul 2020, 10:40 (GMT +4)
Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

09 İyul 2020, 10:30 (GMT +4)
ABŞ dövlət katibi İranın nüvə obyektindəki insidentə münasibət bildirməkdən imtina edib

09 İyul 2020, 10:27 (GMT +4)
Pompeo COVID-19-la mübarizədə ABŞ-ı "dünya lideri" adlandırıb

09 İyul 2020, 10:16 (GMT +4)
Xudatda qadın intihara cəhd edib

09 İyul 2020, 10:05 (GMT +4)
AZAL Dubaydan çarter reysi yerinə yetirib

09 İyul 2020, 09:52 (GMT +4)
Rusiyada sahibkarların qətlini sifariş edən Xabarovsk diyarının qubernatoru saxlanılıb - VİDEO

09 İyul 2020, 09:34 (GMT +4)
Səudiyyə Ərəbistanı son gündə Yəmənin iki əyalətinə 38 hava zərbəsi endirib

09 İyul 2020, 09:30 (GMT +4)
Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələnib 

09 İyul 2020, 09:17 (GMT +4)
Dünyada koronavirus xəstələrinin sayı 12 milyonu keçib

09 İyul 2020, 09:08 (GMT +4)
Venesuela ölkə səmasına daxil olan bir ABŞ təyyarəsini vurub (FOTO)

09 İyul 2020, 09:01 (GMT +4)
Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1 112 müraciət daxil olub

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66