ABŞ həmişə bizə şərt qoyur - Filippin prezidenti28 Noyabr 2016, 11:18 (GMT +4) Bakı, 28 noyabr, SalamNews, C.Nəzərov. Filippin prezidenti Rodriqo Duterte ABŞ rəhbərliyinin hər dəfə onun ölkəsinin ünvanına fikir söylədiyi zaman bunun şərt xarakteri aldığını bildirib.
“Hər dəfə, indi və əvvəllər də ABŞ ünvanımıza tənqidlə çıxış etdiyi və ya məzəmmət etdiyi zaman bunu şərt kimi formalaşdırır: "əgər siz bu və ya digər bir şeyi etməsəniz və ya əgər siz belə etsəniz və bu, bizim xoşumuza gəlməsə, dəstəyimizi kəsəcəyik."
Hər dəfə belə olur!”, - SalamNews-un xəbərinə görə, Duterte bunu RT-yə müsahibəsində söyləyib.
O, bu halla sələflərinin də qarşılaşdıqlarını qeyd edib.
Filippin rəhbəri ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olmadığı halda onu məhkəmə təqibi ilə necə təhdid edə bildiyini anlamadığını deyib.
|