Nigar Arpadarai: "Formula-1" yarışı zamanı bütün dünya Azərbaycanı tanıdı02 Dekabr 2016, 14:59 (GMT +4) Bakı, 2 dekabr, SalamNews, A.Bayramova. "Ötən il "Formula-1" yarışları boyunca bütün dünya Azərbaycanı tanıdı."
SalamNews xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O, yarış ərəfəsində Azərbaycana marağın olduğunu qeyd edərək bildirib ki, yarış olan ərazilərdə bütün otellər tutulmuşdu: "Bundan başqa, xidmət sektorunda canlanma var idi. Bu, uzunmüddətli yarışdır. Bu ilin yayında ərəb ölkələrindən Azərbaycana turist axını oldu. Həmin turist axını Azərbaycanın uzunmüddətli həyata keçirdiyi tədbirlər sayəsində mümkün olub. Azərbaycan haqqında qısa videoçarxların nümayişi bizim üçün külli miqdarda ödəniş demək idi. Amma biz "Formula-1" sayəsində saatlarla Bakı haqqında süjetlərin verilməsinin şahidi olduq. Əsas məqsəd Bakını, Azərbaycanı tanıtmaqdır. Ümid edirik ki, bu yarışlar ölkəmizin iqtisadiyyatına töhfə verəcək".
|