Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Qulu Məhərrəmli: "Reket jurnalistika" həm jurnalistika adına, həm də hüquq adına ləkədir

03 Dekabr 2016, 15:51 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews, A.İsgəndərova. ""Reket jurnalistikası" əslində jurnalistika faktı deyil. Onlar cəmiyyət üçün təhlükəli məlumatlar yayan, vətəndaşları mənəvi cəhətdən zədələyən, zorla, hədə yolu ilə insanlardan pul qoparmağa çalışan saxtakarlardır”.

Bu fikirləri SalamNews-a açıqlamasında tanınmış jurnalist, teleradio tarixinin tədqiqatçısı, professor Qulu Məhərrəmli bildirib.

Q.Məhərrəmlinin sözlərinə görə, "reket jurnalistlər"ə qarşı tədbir görülməlidir. Bu tədbiri də Mətbuat Şurası deyil, hüquq mühafizə orqanları görməlidir.

"İnsanlar var ki, artıq "reket jurnalistikasını" pul qazanmağın əlverişli yolu kimi qəbul edir. Mən ona görə də dövlət qrumlarının, hakimiyyətin reketlərə qarşı mübarizəsini dəstəkləyirəm. Onlar cəmiyyətin alaq otlarıdır. Bunları kökündən qopardıb atmaq lazımdır. Onlar həm jurnalistika adına, həm də hüquq adına ləkədir. Buna görə bunlara qarşı mübarizə aparmaq lazımdır. Amma heç bir halda normal tənqid yazan saytın, qəzetin bu bahanə ilə fəaliyyəti məhdudlaşdırıla bilməz. "Reket jurnalistlər" bəlidir. Cəmiyyətdə bunlar haqqında təsəvvür var. Onlara qarşı mübarizə aparmağı mən təqdirəlayiq hesab edirəm”, - deyə o bildirib.

Bu barədə SalamNews-a fikirlərini bildirən Bakı Dövlət Universitetinin (BDU) müəllimi Zeynal Məmmədlinin sözlərinə görə, "Reket jurnalistika"nın ümumiyyətlə mediaya aidiyyəti yoxdur: "Onlar yazmırlar, anonim informasiyalar hazırlayıb insanları hədələyirlər. Onlar mütəşəkkil, kriminal qruplaşma və ya jurnalist də ola bilərlər. Mən bu məsələni medianın problemi hesab etmirəm. Çünki həmin jurnalistika cəmiyyətdə heç bir ictimai rəy yarada bilməzlər. Cani nə qədər təhlükəlidirsə, bu cür jurnalistlər də cəmiyyət üçün o qədər təhlükəlidir və bunların hər ikisi də kriminal elementlərdir. Həqiqi jurnalistika ilə "reket jurnalistikası"nı bir-birindən ayırmaq lazımdır. Cinayətkarlığa "reket jurnalistika"sı adını qoymaq yanlışdır”. 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MEDİA “Rəqəmsal jurnalistika” təlimlərinə başlayıb

XİN: Ermənistan üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır

DİN: Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilib

DİM magistraturada jurnalistikaya qəbul olmaq istəyənlərə müraciət edib

Almaniyanın XİN rəhbəri: Bəhanələrə vaxt yoxdur, Ukraynanın ağır silahlara ehtiyacı var

ABŞ səfirliyi 2022-2024-cü illər üçün GIPA jurnalistika üzrə magistr proqramını elan edir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi: Qərb Rusiyanın Ukraynaya “işğal etməsi” mifini bəhanə kimi istifadə edir

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər bu gün qabiliyyət imtahanı verir

Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək

Avqustun 19-da “Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı keçiriləcək

Media nümayəndələri "Formula-1" jurnalistikasına dair təlimi yüksək qiymətləndiriblər (SORĞU)

Bakıda "Formula-1" jurnalistikasına dair təlimə start verilib

Qulu Məhərrəmli: Sosial şəbəkələrdə hər kəs öz səviyyəsini, tərbiyəsini və davranış qabiliyyətini göstərir

AMŞ 4 saytla bağlı məsələyə "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında baxacaq

“PAŞA Həyat” BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim təşkil edib

MN: Ermənistan absurd bəhanələrlə PUA-nın vurulması faktını inkar etməyə çalışır

Jurnalistikaya xələl gətirən “qəzet” və “sayt” rəhbərləri cəzalandırılmalıdır - baş redaktor

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66