Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisdə DSMF-nin 2017-ci il büdcəsinin müzakirəsinə başlanılıb

08 Dekabr 2016, 12:49 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews, A.İsgəndərova. "Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6%-i səviyyəsində və ya 3 mlrd. 318 mln. manat proqnozlaşdırılır".

SalamNews xəbər verir ki, xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə" layihəsini müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Səlim Müslümov bildirib ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb: "DSMF-nin xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək".

Onun sözlərinə görə, bu, cari ilin gözlənilən icra göstəricisindən 248 mln. manat və ya 8%-ə yaxın çoxdur: "Fondun 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 2017-ci ilin büdcə xərclərində proqnozlaşdırılan 248 mln. manat artımın 229 mln. manatı əmək pensiyası üzrə xərclərə, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 mln. manat, digər xərclərə isə 13,4 mln. manat artım nəzərdə tutulur.

Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6%-i səviyyəsində və ya 3 mlrd. 318 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6% çoxdur. Əhaliyə ödənişlərin proqnoz məbləği əmək pensiyaları və sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdən ibarətdir. Əmək pensiyalarının ödənişi xərcləri əhaliyə ödənişlərin 97%-ni təşkil edəcək".

Səlim Müslümov əlavə edib ki, "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Nazir əlavə edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur: "2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat təşkil edir ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 5,6 mln. manat və ya 5,7% çoxdur. 2017-ci ildə digər xərclər 81,8 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 13,4 mln. manat və ya 19, 6% yuxarıdır. Bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanması istiqamətində proqnozlaşdırılıb. Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və yaxud hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Əgər birləşməyə qədər Fondun işçilərinin sayı təqribən 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi, bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək".

S. Müslümov qeyd edib ki, Fondun 2017-ci il üçün gəlirləri 3,4 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin icra göstəricisinə nisbətən 270 mln. manat və ya 8,6% yuxarıdır. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirləri və dövlət büdcəsindən ayırmalardan ibarətdir. Gəlirlərin 62,5%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da məbləği 2 mlrd. 125 mln. manat olmaqla 2016-cı ilin gözlənilən icra rəqəmi ilə müqayisədə 13% və ya 245 mln. manat yüksəkdir. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 61,2%-i və ya 1,3 mlrd. manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 120 mln. manat və ya 10,2% çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 54,5 mln. manat həcmində nəzərdə tutulur. 2017-ci ildə dövlət büdcəsindən DSMF-yə 1 mlrd. 270 mln. manat transfert ediləcəyi nəzərdə tutulur ki, bu da cari ilin göstəricisindən 24 mln. manat və ya 1,9% yuxarıdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclis maska taxmayanların 50 manat cərimələnməsi qərarını təsdiqlənib

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb

Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq

Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib

Milli Məclisin növbədənkənar sessiyası başlayıb

Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

Sabah Milli Məclisin plenar iclası keçiriləcək

DSMF-nin əməkdaşı rüşvət alarkən tutulub (RƏSMİ)

Sabah Milli Məclisin iclası keçiriləcək

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət büdcəsinə gömrük daxilolmaları əhəmiyyətli dərəcədə artıb

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi barəsində cinayət işi başlanılıb

Sabah Milli Məclisin iclası keçiriləcək

Ceyhun Əli Milli Məclisin mətbuat katibi təyin edilib

Sabah Milli Məclisin iclası keçiriləcək

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub

Milli Məclis yeni Baş prokurorun təyin edilməsinə razılıq verib

Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66