Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib - Mübariz Qurbanlı

27 Dekabr 2016, 14:04 (GMT +4)

Bakı, 27 dekabr, SalamNews, K.Orxan. 2016-cı il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə gətirilməsinə razılıq verilməyib.

SalamNews xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb.

Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

Azərbaycan sabahın hava proqnozu açıqlanıb

Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66