Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

30 Dekabr 2016, 09:41 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.

Şirkətdən SalamNews-a bildirilib ki, cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatıb. Bu il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər. “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” və “Bakutel” sərgilərini ziyarət edib və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlayıb. Həmçinin, bu sərgiləri Azərbaycanın nazirləri və sahənin nazirliklərinin başqa rəsmiləri ziyarət ediblər.

2016-ci ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu – regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi. Bu ilin sərgilərində dünyanın 60 ölkəsini təmsil edən 1454 iştirakçı-şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən çox ziyarətçi iştirak edib. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40 faizini yerli şirkətlərin stendləri tutub.

Bu ildə keçirilən sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli qonaqlar ziyarət ediblər - Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi nümayəndəsi xanım Baronessa Nikolson, ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini xanım Robin Dunniqan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao, Belarusun səhiyyə nazirinin müavini - Valeriy Şevçuk, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Belarusun rabitə və informatizasiya naziri Sergey Popkov, Çinin sənaye və informasiya texnologiyalar nazirliyinin partiya komitəsinin üzvü, nazir müavini Jin Şubo, Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hüsseyn, Regional Rabitə Birliyinin baş direktoru Nurudin Muxitdinov, Qazaxıstanın informasiya və rabitə nazirinin müavini Alan Ajibayev, Moldovanın informasiya texnologiyaları və rabitə nazirinin müavini Vitalie Çolak, Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Zsolt Csutora, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibi Ramil Həsənov və başqaları.

Cari ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb edib. Belə ki, bu il sponsorlar qismində SOCAR, BP, Qazax Sement Zavodu, “NB Group”, “Eurodesign”, Azerfon, “Bos Shelf”, “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “General Electric”, “Global Energy”, “GMA Petroleum”, “RusNeft”, “Tekfen Construction”, “Inpex”, “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “McDermott”, SAP, Schlumberger, SNAM, Statoil, SOCAR Polymer, Petronas, “HMS”, Total, Caspian Energy, “Дом и интерьер” jurnalı yer alıblar. Bu il “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, Sheraton Hotel və Qafqaz Point Hotel mehmanxanaları (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı), Bakı Ekspo Mərkəzi və “Aqil və Bilqi” uşaq guşəsi yer alır.

Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət edib, müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilib. Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb. Azərbaycanda “AITF” sərgisi multikulturalizm ilində əsl dünya mədəniyyətlərinin festivalı olub. Bolqarıstan, Çernoqoriya, Çex Respublikası, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Ukrayna və bu ilin debütantı Belarus Respublikası öz stendlərini parlaq, milli kolorit ilə təqdim etdilər. Regional stendlərlə Stavropol diyarı (Rusiya), Katatoniya (İspaniya) və Yurmala (Latviya) təqdim olunublar. Sərginin ən maraqlı tədbirlərdən biri Azərbaycan regionlarının miqyaslı iştirakı olub. Təşkilatçılar və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin “AITF” sərgisinin 15-ci yubileyinə həsr olunmuş birgə layihəsi əlavə tədbirlər proqramında əsas yeri tutub. Sərginin müddətində “İçəri Şəhər” ənənəvi incəsənət Mərkəzinin stendində 4 cür tətbiqi dekorativ incəsənət növləri – keramika, batik, zərgər işləri və ağac işləmələri təqdim olunub.

Hər ziyarətçi milli incəsənət əsərlərinin necə yaradıldığını seyr edə bilib. Nəqliyyat, Tranzit, Logistika “TransCaspian” Xəzər Beynəlxalq sərgisinin 15 illik yubileyi ilə əlaqədar olaraq may ayının 10-da Mərkəzi Nəbatat Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. “TransCaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırıblar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər. “TransCaspian 2016” sərgisinin birinci günündə daha bir möhtəşəm tədbir baş tutub və Azərbaycan Texniki Universiteti “Nəqliyyat və nəqliyyat mühəndisliyində idarəetmə” fakültəsinə ən yüksək balla qəbul olunmuş tələbə Zülfüqar Sadıxova xüsusi mükafat təqdim olunub. Beləliklə, sərginin təşkilatçısı “Iteca Caspian” şirkəti universitetlərə qəbulda fərqlənmiş tələbələrin həvəsləndirmə ənənəsini davam edir. “Iteca Caspian” sənətkar ustaların işinə də dəstək verir. Bakı Ekspo Mərkəzinin foyesində yerləşmiş, müxtəlif siniflərin, dövrlərin və ölkələrin gəmi, parovoz və təyyarələrinin modellərini sərgiləmiş Azərbaycanlı usta Rövşən Ansarinin işləri ziyarətçilər üçün gözlənilməz hədiyyə olub.

“Iteca Caspian” şirkəti milli sənət və bədii incəsənətə dəstək proqramını da davam etdirir. “Caspian Oil&Gas” sərgisi çərçivəsində qonaqlara Azərbaycanın milli qadın baş örtüyü kəlağayı nümayiş edilən stend və “Damla” xeyriyyə cəmiyyətinin rəsmləri təqdim edilib. 22–ci Azərbaycan Beynəlxalq Inşaat “BakuBuild” sərgisinin keçiriləcəyi tarixlərə Four Seasons otelində İngiltərə – Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə şam yeməyi aid edilib. Ənənəvi olaraq, şam yeməyi ərzində hərrac təşkil olunub və hərracdan əldə edilən bütün pul vəsaitləri xeyriyyə məqsədləri üçün istifadə edilib.

İşgüzar görüş və danışıqlarla yanaşı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” Sərgi və Konfransının bütün iştirakçılar və ziyarətçiləri üçün informasiya texnologiyalarının istifadəsi ilə oyun zonası təşkil olunub. Ziyarətçilər xüsusi eynəklər geyərək, virtual reallıqda ola bildilər və unikal bir əşya 3D qələmindən istifadə edərək yaradıblar. Bundan başqa, məhz “Bakutel 2016” sərgisinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq mini robotları idarə edərək robotların əsl döyüşündə iştirak etmək və “ağıllı robotla” ünsiyyət qurmaq imkanı əldə ediblər.

Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq informasiya agentliklər tərəfindən geniş şəkildə işıqlandırılıb. 300-dən çox KİV sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi “Daily News” qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.

Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95 faizi 2016-cı ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişlənilməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirilib. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30 faizini təşkil edən “rebukinq” (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.

“Iteca Caspian” şirkəti 2017-ci ildə 18 sərgi keçirilməsini planlaşdırır. İki sərgi – Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” Sərgisi və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securica Caspian” Sərgisi – 10 illik yubileyini qeyd edəcəklər.

“BakuBuild” sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adı - “WorldBuild Baku” olacaq. Azərbaycan Beynəlxalq İnşaat Sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan “ITE Build&Interiors” platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə “ITE” şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır. Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır. Beləliklə, sərgi və konfranslar demək olar ki, sərhədsiz imkanlar təklif edir, yeni texnologiyalar və kontaktlar, tərəfdaşlar və nəhayət ki, yeni investisiyalar axını vəd edirlər. 2017–cı ildə keçiriləcək bütün sərgilərin cədvəli ilə şirkətin rəsmi saytında www.iteca.az tanış olmaq mümkündür.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Iteca Caspian” bu il 16 sərginin keçirilməsini planlaşdırır

“Iteca Caspian” 2015-ci ili uğurla başa vurub

"Iteca Caspian" şirkəti Təhsil nominasiyası üzrə mükafata layiq görülüb

28 Sentyabr 2022, 02:23 (GMT +4)
Millətlər Liqası: Portuqaliya İspaniyaya uduzub

28 Sentyabr 2022, 01:09 (GMT +4)
“Barselona”nın daha bir müdafiəçisi sıradan çıxıb

28 Sentyabr 2022, 00:46 (GMT +4)
U-21 millimiz Moldova ilə heç-heçə edib

28 Sentyabr 2022, 00:30 (GMT +4)
Azərbaycanda uğur qazanmaq üçün əlimdən gələni edirəm - Canni De Byazi 

27 Sentyabr 2022, 18:20 (GMT +4)
Neftçala rayonunda 27 sentyabr Anım Günü qeyd olunub (FOTO)

27 Sentyabr 2022, 18:11 (GMT +4)
İnterAz-ın istehsalı olan “Tanrının ritmi” filminin treyleri təqdim olunub (FOTO/VİDEO)

27 Sentyabr 2022, 18:00 (GMT +4)
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüşüb

27 Sentyabr 2022, 17:55 (GMT +4)
MN: Laçın istiqamətində Ermənistana məxsus PUA ələ keçirilib (VİDEO)

27 Sentyabr 2022, 17:50 (GMT +4)
FHN-in İdman-sağlamlıq klubunda Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr 2022, 17:38 (GMT +4)
Türkiyə MN Anım Günü ilə bağlı paylaşım edib

27 Sentyabr 2022, 17:25 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti azalıb

27 Sentyabr 2022, 17:22 (GMT +4)
Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyaya səfər etməməyə çağırıb

27 Sentyabr 2022, 17:15 (GMT +4)
Taliban hökumətinin nazir müavini qız məktəblərinin açılmasını istəyib

27 Sentyabr 2022, 17:04 (GMT +4)
Bild: Almaniyada hər ikinci şəxs hesab edir ki, Şolts kansler vəzifəsinə uyğun biri deyil

27 Sentyabr 2022, 17:00 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

27 Sentyabr 2022, 16:50 (GMT +4)
Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyən avtomobillərin sayı artıb

27 Sentyabr 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 140 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

27 Sentyabr 2022, 16:32 (GMT +4)
Azərbaycanda bankların faiz gəlirləri 29% artıb

27 Sentyabr 2022, 16:20 (GMT +4)
SN: Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb

27 Sentyabr 2022, 16:09 (GMT +4)
Qətər DÇ-2022 üçün 13 milyard avro xərcləyib

27 Sentyabr 2022, 16:08 (GMT +4)
KİV: Türkiyənin daxili işlər naziri Ərdoğana istefa ərizəsini təqdim edib

27 Sentyabr 2022, 16:07 (GMT +4)
İran: Hər gün çoxlu sayda əfqanıstanlı miqrant ölkəyə daxil olur, bizə kömək edən yoxdur

27 Sentyabr 2022, 16:05 (GMT +4)
FHN: Ötən sutka 29 yanğına çıxış olub

27 Sentyabr 2022, 15:56 (GMT +4)
Putin: Qlobal ərzaq böhranına görə məsuliyyət kollektiv Qərbin üzərinə düşür

27 Sentyabr 2022, 15:45 (GMT +4)
Azərbaycan şəhidlərinin xatirəsi Almaniyada yad edilib

27 Sentyabr 2022, 15:35 (GMT +4)
“İrəli” İB Anım Günü çərçivəsində tədbirlərə start verib (FOTO)

27 Sentyabr 2022, 15:25 (GMT +4)
ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib

27 Sentyabr 2022, 15:15 (GMT +4)
İraq: İran və Səudiyyə Ərəbistanın xarici işlər nazirlərini görüşdürməyə çalışırıq

27 Sentyabr 2022, 15:12 (GMT +4)
Sentyabrın 21-dən Qazaxıstana daxil olan rusiyalıların sayı açıqlanıb

27 Sentyabr 2022, 15:03 (GMT +4)
Nazir: Ermənistanın sonuncu təxribatı normallaşma prosesinə xələl gətirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66