DSMF-nin sektor müdiri: Bu il Göygöl rayonu üzrə pensiyaçıların sayı 48 nəfər artıb 29 Dekabr 2016, 17:35 (GMT +4) Gəncə, 29 dekabr, SalamNews, B.İsmayılov. Göygöl rayonu üzrə ay ərzində 1 462 545,78 manat pensiya paylanılır.
SalamNews-un bölgə müxbirinin xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon pensiya sektorunun müdiri Zaur Bağırov məlumat verib.
Məlumata əsasən, rayon üzrə pensiyaçıların sayı 8750 nəfərdir. Onlardan 2740 nəfəri qruplar üzrə əlilliyi olanlardır. Pensiyaçıların 5307 nəfəri yaşa görə, 703 nəfəri ailə başçısını itirdiyinə görə təqaüd alır. Rayon üzrə Böyük vətən müharibəsi əlili olan 3, müharibə iştirakçısı olan 3 nəfər var.
Qeyd edək ki, ötən illə müqayisədə bu il Göygöl rayonu üzrə pensiyaçıların sayı 48 nəfər artıb.
|