Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün yazı müsabiqəsi elan edib

05 Yanvar 2017, 10:44 (GMT +4)

Bakı, 5 yanvar, SalamNews. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edib.

SalamNews-un məlumatına görə, müsabiqəyə ailədə uşaqların hüquq və vəzifələrinin müəyyən edilməsi haqda, uşaqların ailə və ya ümumiyyətlə müdafiə hüquqların həyata keçirilməsi ilə bağlı, valideyn və uşaqların aliment öhdəlikləri və alimentin miqdarının, ödənilmə mexanizminin təyin edilməsi, aliment ödənilmədikdə yaranan məsuliyyət, övladlığa götürmənin növləri və mexanizmi haqda, azyaşlı uşaqların məhkəmə müdafiəsi, onların məhkəməyə hansı qaydada müraciət etməsi, məhkəmədə təmsilçilik, yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti, cəzaların tətbiqi zamanı ümumi cəza tədbirləri ilə fərqi, bundan əlavə uşaqların öz fikirlərini bildirməsinin hansı hallarda zəruri hesab edilməsi ilə bağlı və s. mövzulara həsr olunmuş təhlil xarakterli məqalələr qəbul edilir.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 700 AZN
İkinci yer – 500 AZN
Üçüncü yer – 400 AZN

Jurnalistlər müsabiqəyə 05 Yanvar 2017-ci ildən 26 Fevral 2017-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63;


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün müsabiqə elan edir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər arasında müsabiqə elan edib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Mingəçevirdə dövlət qulluqçuları üçün təlim keçib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən dövlət qulluqçuları üçün təlim təşkil edilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər arasında müsabiqə elan edir

AZPROMO Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə Anlaşma Memorandumu imzalayıb

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66