Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSMF-nin Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

13 Yanvar 2017, 12:09 (GMT +4)

Bakı, 13 yanvar, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, ƏƏSMN-nin yerli strukturlarının müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilməsi və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binasının açılışı olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

S.Müslümov Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm uğurlarından biri kimi, ölkə əhalisinin, xüsusən sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduğunu vurğulayıb: “Dünya iqtisadiyyatında böhrandan irəli gələn çətinliklər yaşanmasına baxmayaraq, ölkəmizdə sosial-iqtisadi sabitlik qorunub saxlanıb. Hətta məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq, ötən il Azərbaycanda qeyri-neft sənayesində 5 faiz artım əldə olunub. Həmçinin ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmaqla əmək bazarında sabitlik davam edib. Bununla yanaşı, sosial sahəyə Prezident qayğısı bütün sosial proqramların və sosial ödənişlərdə artım dinamikasının uğurla davam etməsinə imkan verib”.

Cari ildə də əhalinin sosial müdafiəsinin ölkəmizdə aparılan siyasətin prioritetlərindən biri olduğunu qeyd edən S.Müslümov bunun 2017-ci ilin dövlət büdcəsində də əksini tapdığını, büdcənin 40,3 faizinin sosialyönümlü xərclər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Dövlət Sosial Müdafiə Fondunun cari il üçün büdcəsində də əhaliyə ödənişlərə yönəldilən vəsaitlərin ötən illə müqayisədə 7,6 faiz artırılması nəzərdə tutulur. Ümumilikdə möhtərəm dövlət başçısının islahatlar kursuna uyğun olaraq, sosial təminat sisteminin səmərəliliyinin və əhatəliliyinin artırılması, şəffaflığın təminatı istiqamətində tədbirlər davam etdiriləcək”. Nazir sosial sığorta haqqı üzrə daxilolmaların artım dinamikasını da qeyd edib, bunun pensiya və müavinətlərin hər ay qrafik üzrə maliyyə təminatını həyata keçirməyə şərait yaratdığını bildirib. O qeyd edib ki, müsbət nəticələrdən biri kimi, Fondun fərdi uçot sisteminin əhatə dairəsi də daim genişlənir və sistemdə qeydiyyatda olan sığortaolunanların sayı son bir ildə 191 754 nəfər artaraq 3 371 908 nəfərə çatıb.

Əhaliyə xidmətlərin məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış infrastruktur üzərində, şəffaf şəkildə qurulduğunu vurğulayan nazir əmək, sığorta və pensiya münasibətləri, sosial yardım, müavinət və s. ilə bağlı elektron xidmətlərin əhalinin istifadəsində olduğunu qeyd edib: “Yerlu qurumların müasir tələblərə uyğun iş şəraiti təmin edilməsi də daim diqqətdə saxlanır. Bir neçə rayon istisna olunmaqla, Dövlət Sosial Müdafiə Fondunun demək olar ki, bütün rayon və ya şəhər şöbələri artıq müasir tələblərə cavab verən yeni inzibati binalarla təmin olunublar”.

S.Müslümov bildirib ki, ümumilikdə Fondun bütün fəaliyyət sahələri, sığorta-pensiya münasibətləri elektron sistem üzərində qurulub: “Yerli qurumlarda da lokal şəbəkələr yaradılaraq mərkəzi informasiya sisteminə birləşdirilməklə Fondun ümumi korporativ şəbəkəsi, habelə xidməti əhali kontingentinə dair unikal elektron məlumat bazaları formalaşdırılıb. Ümumi fəaliyyətin tam elektronlaşdırılmasına uyğun olaraq, hər bir yerli şöbədə də əməkdaşların gündəlik iş rejimi informasiya-kommunikasiya texnologiyalarından istifadə əsasında qurulub və onlar üçün müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil edilib, onların lazımi İKT avadanlıqları ilə təchizatı həyata keçirilib. Bütün bunlar nəticə etibarilə sistemdə şəffaflığın artmasına, müvafiq işlərin yerinə yetirilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, əhali ilə Fondun yerli qurumları arasında münasibətlərin sadələşdirilməsinə, eyni zamanda bu qurumlarda vətəndaşlara müasir şəraitdə xidmət göstərilməsinə yönəlib”.

Sonra tədbir iştirakçıları binada yaradılmış iş və əhaliyə xidmət şəraiti ilə tanış olublar. İki mərtəbəli, 8 iş otağından ibarət olan inzibati bina müasir avadanlıqlarla təchiz edilib, əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin təşkili üçün hər bir şərait yaradılıb. Müvafiq əməliyyatların avtomatlaşdırılmış sistemi, sığortaedən və sığortaolunanların elektron uçotunun aparılması, müvafiq hesabatların elektron formada qəbulu prosesi, vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, fəaliyyətin ümumi elektron infrastrukturu və s. nəzərdən keçirilib. Şöbənin əməkdaşları aidiyyəti işlərin elektron qaydada yerinə yetirilməsi prosedurları barədə məlumat veriblər.

Şöbənin kollektivinə yaradılan yüksək səviyyəli iş şəraitində əhaliyə daim nümunəvi şəkildə xidmət göstərilməsi, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması, həmçinin sosial sığorta sahəsində fəaliyyətin daha da səmərəli qurulması, əmək fəaliyyəti ilə məşğul şəxslərin sosial sığortaya cəlb olunması işlərinin gücləndirilməsi və s. barədə tapşırıqlar verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSMF-nin əməkdaşı rüşvət alarkən tutulub (RƏSMİ)

Penitensiar Xidmətdə xüsusi karantin şöbələri yaradılıb

DSMF-nin strukturunda növbəti dəyişiklik edilib

DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi barəsində cinayət işi başlanılıb

Biləsuvar İcra Hakimiyyətinin qarşısındakı insidentlə bağlı cinayət işi başlanılıb

Biləsuvarda beş narkotacir saxlanılıb

DTX Biləsuvarda keçirilən xüsusi əməliyyatla bağlı video yayıb

DTX Biləsuvarda keçirilən əməliyyatla bağlı məlumat yayıb

Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib

Poçt şöbələrinin iş vaxtı uzadılıb

Biləsuvarda 30 kiloqrama yaxın narkotik aşkarlanıb

Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

İngiltərənin Baş naziri Boris Conson reanimasiya şöbəsində qalmağa davam edir

Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

Biləsuvarda avtomobillərdən akkumulyator oğurlayan qardaşlar saxlanılıb

Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

DSMF-də yeni idarələr yaradılıb

Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub

Bəhrəmtəpə-Biləsuvar yolu bərpa etdirilir

AzTU-da bir sıra departamentlər və şöbələr ləğv edilib

03 İyun 2020, 07:32 (GMT +4)
İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66