Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Xarici İşlər Nazirliyi "Şən və Hazırcavablar" Klubu ilə bağlı bəyanat yayıb

13 Yanvar 2017, 13:40 (GMT +4)

Bakı, 13 yanvar, SalamNews. Xarici İşlər Nazirliyi "Şən və Hazırcavablar" Klubu (KVN) ilə bağlı bəyanat yayıb.

XİN-dən SalamNews-a verilən məlumata görə, bəyanatda deyilir: ""Şən və Hazırcavablar" Klubunun (KVN) Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” ("Duz və çörəklə")və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik.

Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı KVN sevərləri və KVN həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci KVN festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər.Azərbaycan Respublikası daim KVN hərəkatının ruhunu, məqsədlərini, insanlar və xalqlar arasında sülhü və dostluğu təşviq edən məramlarını dəstəkləyib. Ölkəmizin KVN komandaları ənənəvi olaraq KVN yarışları və festivallarında fəal iştirak edib və bu hərəkatın inkişafına öz töhfələrini veriblər. Azərbaycan KVN komandasının əldə etdiyi son nailiyyətlər də bunun bariz göstəricisidir.

Lakin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq KVN festivalına dəvəti mədəniyyətin və KVN-in siyasiləşdirilməsi məqsədi daşıyaraq, KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.

“KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq KVN festivalında “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakına şərait yaratmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir.

Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb.

Ümid edirik ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi separatizmin təbliğini qarşısına məqsəd qoyan və KVN-in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcəkdir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

Hizbullah, HƏMAS, Husilər və sair hərəkatlar Qüds günü ilə bağlı birgə bəyanat veriblər (VİDEO)

ABŞ Rusiyanın Təhlükəsizlik Şurasının Venesuelaya dair bəyanat layihəsini bloka salıb

Ərəb Dövlətləri Liqası İsrailin Fələstin ərazilərini özünə əlavə etməsilə bağlı bəyanat verib

Fələstinli hərəkatlar ərazilərin İsrailə əlavə edilməsilə bağlı bəyanat verib

XİN Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

G20 ölkələrinin səhiyyə nazirləri ortaq bəyanatı razılaşdıra bilməyiblər

Milli Məclisdə təmsil olunan siyasi partiyalar bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verib

KİV: Yunanıstan Türkiyəyə dəstəyə dair NATO bəyanatına veto qoyub

Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

XİN sözçüsü: Bu bəyanat Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir

Xarici İşlər Nazirliyi seçkilərlə bağlı bəyanat yayıb

05 İyun 2020, 18:21 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

05 İyun 2020, 18:01 (GMT +4)
DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

05 İyun 2020, 17:57 (GMT +4)
“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

05 İyun 2020, 17:56 (GMT +4)
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

05 İyun 2020, 17:51 (GMT +4)
Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

05 İyun 2020, 17:49 (GMT +4)
Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

05 İyun 2020, 15:48 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

05 İyun 2020, 15:40 (GMT +4)
Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

05 İyun 2020, 15:32 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 15:23 (GMT +4)
Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

05 İyun 2020, 15:06 (GMT +4)
Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

05 İyun 2020, 15:04 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

05 İyun 2020, 14:50 (GMT +4)
Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

05 İyun 2020, 14:39 (GMT +4)
Uxan xəstəxanalarında koronavirus xəstələri qalmayıb

05 İyun 2020, 14:22 (GMT +4)
Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

05 İyun 2020, 14:20 (GMT +4)
Merkel beşinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb

05 İyun 2020, 14:15 (GMT +4)
İranda son gündə koronavirusa 2,886 nəfər yoluxub, 63 nəfər ölüb

05 İyun 2020, 14:14 (GMT +4)
Azərbaycanda Cənubi Qafqazda ilk biosfer rezervat yaradılır

05 İyun 2020, 13:56 (GMT +4)
İradə İbrahimova: Cəmiyyətimizdə ətraf mühitə dəyişən münasibət bizə ruh verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66