"Məşədi Dadaş" məscidində 20 Yanvar faciəsinin qurbanları anılacaq16 Yanvar 2017, 15:17 (GMT +4) Bakı, 16 yanvar, SalamNews, M.Sadiq. Hər il olduğu kimi bu il də paytaxtın "Məşədi Dadaş" məscidində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Bu barədə SalamNews-a məscinin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli məlumat verib.
İlahiyyatçının sözlərinə görə, mərasim yanvarın 20-də günorta namazı camaatla qılındıqdan sonra başlanacaq.
Məclis Qurani-kərim qiraəti, dualar və moizədən ibarət olacaq.
Qeyd edək ki, bu il 20 Yanvar faciəsindən 27 il keçir.
|