Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Türkiyəli jurnalistlər Bakıda səfərdədir

16 Yanvar 2017, 15:34 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Türkiyənin ON4 TV telekanalının idarə heyəti Azərbaycanda səfərdədir.

SalamNews İslamazeri.az saytına istinadla xəbər verir ki, səfər çərçivəsində ON4 TV idarə heyətinin üzvləri, "Əhli-Beyt (ə) alimləri" dərnəyinin sədri Kadir Akaras və "Səqəleyn TV"-nin idarə heyətinin üzvü Hürriyyət Varol ilk öncə "Qlobal TV"-nin ofisində qonaq olublar. Görüşdə Qlobal TV-nin təsisçi-direktoru Emin Səmədov və aparıcı Pərvin İsmayılov iştirak ediblər. Baş tutan görüşdə televiziya sahəsində Azərbaycan və Türkiyə maraqlarını cəlb edəcək verilişlərin hazırlanması barədə müzakirələr aparılıb.

“Çoxdandır arzusunda olduğumuz bir səfər gerçəkləşdi. Bu səfərimiz həm Qlobal TV, həm də ON4 TV-nin layihələrinin daha geniş miqyas almasını vəd edir. Ümidvaram ki, birlikdə həyata keçirəcəyimiz layihələr hər iki ölkə izləyiciləri üçün daha maraqlı və daha faydalı olacaqdır. Həmçinin səriştəli iş fəaliyyətinə görə "Qlobal TV" əməkdaşlarına öz təşəkkürümü bildirirəm”, - "Əhli-Beyt (ə) alimləri" dərnəyinin sədri, ON4 TV idarə heyətinin üzvü Kadir Akaras görüşdə deyib. 

Azərbaycana səfərindən məmnun olduğunu dilə gətirən "Səqəleyn TV"-nin rəhbəri Hürriyyət Varol qeyd edib ki, bundan öncə "Qlobal TV"-nin peşəkarlığı və hazırladığı layihələrin keyfiyyəti kanallar arasında əməkdaşlığın əsas səbəbidir. "Biz bu gün Qlobal TV-nin ofisində olmaqla qeyd etdiyimiz peşəkarlığa əyani surətdə şahid olduq”, - deyə türkiyəli media təmsilçisi qeyd edib.

"Qlobal TV"-nin təsisçi-direktoru Emin Səmədov deyib: “Biz bu gün ON4 TV rəhbərliyinin Azərbaycanda qonaq olmasından və səfər çərçivəsində ilk olaraq bizim ofisimizə təşrif buyurmasından çox məmnunuq. Apardığımız müzakirələrin ON4 TV və "Qlobal TV"-nin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi və gələcəkdə bir çox yeni, müştərək layihələrin ərsəyə gəlməsi üçün böyük rol oynayacağına inanırıq”.

Daha sonra "Əhli-Beyt (ə) alimləri" dərnəyinin sədri Kadir Akaras ON4 TV-də yayımlanan "Qlobal TV"-nin yeni aparıcısı Natiq Rəhimovun təqdimatı ilə kanalın “Hidayət Çırağı” verilişinində qonaq qismində iştirak edib.

Davam edən səfər çərçivəsində ON4TV rəhbərliyi bir sıra görüşlər keçirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Qlobal TV-nin 3 yaşı tamam olur

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66