Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Pakistan qəzetində “Qara Yanvar: Şəhidlik Günü” adlı məqalə dərc olunub

19 Yanvar 2017, 13:40 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Pakistanın “Election Times” qəzetində və elektron saytında “Qara Yanvar: Şəhidlik Günü” adlı məqalə dərc olunub.

SalamNews xəbər verir ki, məqalədə müəllif Qara Yanvar hadisəsinin region üçün ciddi geosiyasi, sosial-iqtisadi əhəmiyyətinin olduğunu və SSRİ-nin süqutunu tezləşdirdiyini qeyd edir. Dinc əhalinin atəşə tutulduğu, tankların qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin (ruslar, yəhudilər, tatarlar) olduğu 134 insanın həlak olduğu, 700 nəfərin yaralandığı vurğulanır. Məqalədə Sovet İttifaqının son dövrlərində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı, Qorbaçov rejiminin isə buna qarşı bir tədbir görmədiyi və nəticədə Azərbaycan əhaisinin müxtəlif şəhərlərdə etiraz aksiyalarına başladığı qeyd olunur.

Məqalədə 20 Yanvar tarixinin həm dəhşətli cinayət, eyni zamanda isə qəhrəmanlıq günü, insanların müstəqillik uğrunda etdikləri fədakarlıqlarla xatırlandığı nəzərə çatdırılır. Azərbaycanın bu gün möhkəm və geriyə dönməz müstəqilliyə sahib olmasında 20 Yanvar şəhidlərinin müstəsna rolunun olduğu vurğulanır. Həmçinin, Qara Yanvarın azərbaycanlılar üçün “Şəhidlik” günü olduğu, hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir. Sovet rəhbərliyinin xalqın müstəqillik eşqini söndürə və əzmini sındıra bilmədiyi diqqətə çatdırılır.

Müəllif ümummilli lider Heydər Əliyevin Moskvada ikən baş vermiş hadisələrə öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə çevrildiyini vurğulayır. Eyni zamanda, 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, müstəqillik hərəkatını qüvvətləndiyi nəzərə çatdırılır. Məqalədə, qanlı hadisələrdən sonra on minlərlə kişi və qadın, müsəlman, xristian və yəhudinin həmin gecənin qurbanlarını dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi matəm və tətilin elan olunduğu diqqətə çatdırılır. Həmçinin hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatı vurğulanır. Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.

Sonda, “Qara Yanvar”ın insan iradəsinin və əzminin dövlət terroruna qarşı üstünlüyünü simvolizə etdiyi və Azərbaycan xalqının ürəyindəki müstəqillik eşqinin qələbə çaldığı vurğulanır.

Onu da qeyd edək ki, “Qara Yanvar” mövzusuna Pakistanınn digər KİV-də də yer verilib, mövzu ilə bağlı ”Lead Pakistan”, “Pakistan in the World” qəzet və saytlarında müxtəlif məqalələr dərc edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

Pakistanda gəminin batması nəticəsində 8 nəfər ölüb

“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olunub (FOTOLAR)

Pakistanda qatarda baş verən partlayış nəticəsində 46 nəfər həyatını itirib

Azərbaycan və Pakistan prezidentlərinin görüşü olub

Pakistan Prezidenti Arif Alvi Azərbaycana səfərə gəlib

Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

Pakistan baş naziri İranla Səudiyyə arasında vasitəçilik məqsədilə kral Salmanla görüşüb

Pakistan baş naziri İranla Səudiyyə arasında vasitəçilik məqsədilə Tehrana gedir

Ərdoğan Pakistanda İslamafobiya ilə mübarizə məqsədi ilə yaradılacaq televiziya kanalı barədə müzakirələr aparacaq

ABŞ-la danışıqlar dayanandan sonra Taliban Pakistanda yeni müzakirələrə start verir

Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir (MƏQALƏ)

Pakistan Baş nazirini daşıyan təyyarə təcili eniş edib 

Səudiyyənin vəliəhdi Pakistan baş naziri vasitəsilə Həsən Ruhaniyə mesaj göndərib

Pakistanda 6 bal gücündə zəlzələ baş verib - Ölənlərin sayı 37-ə çatıb

Tramp və Bin-Salman Pakistan baş nazirindən İranla bağlı vasitəçilik etməyi istəyiblər

Pakistanın ən böyük səhvi ABŞ-ın Əfqanıstan müharibəsinə qatılmasıdır – İmran Xan

Pakistan Hindistanla müharibəyə başlamağa hazırdır - prezident

Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

20 Noyabr 2019, 09:17 (GMT +4)
İsrail Dəməşqin cənubuna aviazərbələr endirib, ölənlər var (VİDEO)

20 Noyabr 2019, 09:15 (GMT +4)
NATO xarici işlər nazirləri Rusiyanı və "Çinin yüksəlişini" müzakirə edəcəklər

20 Noyabr 2019, 09:07 (GMT +4)
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66