Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Avstriyada işgüzar səfərdədir

19 Yanvar 2017, 13:18 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasında səfərdədir.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, “Azərbaycanda sosial xidmət təminatının inkişafı” tvinninq layihəsi çərçivəsində həyata keçirilən səfərdə məqsəd Avstriyanın sosial müdafiə sistemi, çətin həyat şəraitində yaşayan şəxslər üçün sosial xidmətlərin təşkili, bu sahədə mövcud normativ-hüquqi baza və infrastrukturun, iqtisadi və təşkilati əsasların, ictimaiyyətlə iş praktikasının öyrənilməsi, təcrübə mübadiləsinin aparılmasıdır.

Səfərdə Avstriyanın ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinlə görüş olub.  İ.Rəhimov Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib, ölkədə insan kapitalının inkişafı, əhalinin, o cümlədən gənclərin səmərəli məşğulluğunun təmin edilməsi yönündə görülən işləri və müsbət nəticələrini diqqətə çatdırıb.

Sosial sahənin inkişafının Azərbaycanda aparılan siyasətin prioritetlərindən olduğunu vurğulayan nazir müavini ölkəmizin sosial təminat sistemindən bəhs edib, sistemin səmərəliliyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. O, son illər Azərbaycanın əmək və sosial müdafiə sahələri üzrə müasir texnologiyalar əsasında qurulan və əhaliyə  şəffaf xidmətlər göstərilməsinə şərait yaradan avtomatlaşdırılmış sistemləri barədə də məlumat verib. Nazir müavini bu sistemlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini, BMT-nin rəsmi portalı vasitəsilə dünyada təbliğ olunduğunu qeyd edib.  

Azərbaycanda sosial xidmətlər sistemi və müvafiq qanunvericilik bazası barədə məlumat verilib, dövlət sifarişləri əsasında qeyri-hökumət təşkilatlarının da bu sahəyə cəlb olunduğu, sosial xidmətlərin əhatə dairəsinin son illərdə daha da genişləndirildiyi bildirilib. Ümumilikdə ölkədə 15 minədək şəxs, eləcə də bəzi kateqoriyalardan olan uşaqların ailələri sosial xidmətlərlə təmin edilirlər. Bununla yanaşı, dövlət akkreditasiyasından keçmiş 10 qeyri-dövlət yardım mərkəzi vasitəsilə məişət zorakılığından zərər çəkmiş şəxslərə də sosial xidmətlərdən istifadə, habelə zəruri tibbi, psixoloji, hüquqi yardımla təmin olunmaq imkanları yaradılıb.  

Hazırda ölkədə sosial işin əhatə etdiyi şəxslərin kateqoriyalarının, bu işin funksional miqyasının xeyli genişlənməsini nəzərdə tutan yeni “sosial işçi” modelinin tətbiqi, çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi və müvafiq sahədə qanunvericiliyin, institusional mexanizmlərin təkmilləşdirilməsi üçün islahatlar davam etdirilir. Həmçinin sosial xidmətlər üzrə keyfiyyət standartları və keyfiyyətin idarə olunmasına dair mexanizmlərin, sosial xidmət təminatının monitorinqi və qiymətləndirmə sistemlərinin, yeni sosial xidmət modellərinin hazırlanması işləri aparılır.

Avropa İttifaqının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” tvinninq layihəsi bu sahədə qabaqcıl Avropa, Avstriya təcrübəsindən faydalanmağa imkan verir. Görüş zamanı əməkdaşlıq əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti də qeyd olunub, bu məqsədlə S.Karmazin Azərbaycana səfərə dəvət olunub. Dəvətdən məmnunluğunu ifadə edən S.Karmazin cari ilin yay aylarında ölkəmizə səfər edə biləcəyini qeyd edib. Azərbaycan nümayəndə heyətinə Avstriyada sosial xidmət sistemi, onun normativ-hüquqi bazası və infrastrukturu, iqtisadi və təşkilati əsasları, sosial xidmətlərin təşkilində hökumət və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı iş, sosial sifarişlər üzrə fəaliyyət və s. barədə ətraflı məlumatlar verilib. İki ölkə arasında sosial xidmətlər sahəsində fəal təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı olduğu vurğulanıb.

Səfər çərçivəsində Avstriyanın Əmək, Sosial İş və İstehlakçıların Müdafiəsi Nazirliyinin rəsmiləri ilə də görüşlər keçirilib, ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub. Görüşlər zamanı qarşılıqlı maraq doğuran fəaliyyət sahələrinə dair təqdimatlar keçirilib, təcrübə mübadilələri aparılıb.Avstriyada Məişət zorakılığına qarşı müdaxilə mərkəzində olan nümayəndə heyəti məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bu mərkəzdə təşkil olunan yardım və xidmət növləri, mərkəzin ictimai əlaqələrinin qurulması üzrə fəaliyyəti, maarifləndirmə kampaniyaları və s. ilə tanış olub. Müstəqil Qadın Evləri Birliyi ilə tanışlıq zamanı bu təşkilatın zorakılığa məruz qalmış qadın və uşaqların problemlərinin həllinin dəstəklənməsi yönündə fəaliyyəti, mətbuat və ictimailəşdirmə üzrə gördüyü işlər barədə məlumat verilib.  

Nümayəndə heyəti həmçinin Vyana bələdiyyə orqanının Sosial planlaşdırma şöbəsinin iş prinsiplərini, sosial xidmətlər üzrə layihələrin idarə edilməsi, xəstə və yaşlılar üçün evdə xidmətin təşkili, ekspert hesabatların hazırlanması və s. sahələrdə təcrübəsini nəzərdən keçirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Son 4 ildə ilk dəfə olaraq BƏƏ nümayəndə heyəti İranla danışıqlar məqsədilə Tehrana gedib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

Avstriyanın qərbində təyyarə qəzasında üç nəfər həyatını itirib

Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Azərbaycana gəlib

Yeddi ölkənin nümayəndə heyəti Rusiyaya görə AŞPA sessiyasını tərk edib

AŞPA Rusiya nümayəndə heyətinin bütün səlahiyyətlərini bərpa edib

Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 332 nəfər işə qəbul olunub

Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir

Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb

Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

23 Avqust 2019, 09:53 (GMT +4)
İranda iki deputat həbs edilib

23 Avqust 2019, 09:46 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizində qazma işlərini davam etdirəcək - Ərdoğan

23 Avqust 2019, 09:37 (GMT +4)
Rəsmi Bakı: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz

23 Avqust 2019, 09:25 (GMT +4)
ABŞ Rusiyanın G8-ə qayıtmasının şərtlərini açıqlayıb

23 Avqust 2019, 09:19 (GMT +4)
İraqda ABŞ Haşd-Şabi qarşıdurması artır - Bir pilotsuz təyyarə hədəfə alınıb

23 Avqust 2019, 09:00 (GMT +4)
Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür

22 Avqust 2019, 21:17 (GMT +4)
Taxta bazarında baş verən yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub

22 Avqust 2019, 19:12 (GMT +4)
“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12