Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19 Yanvar 2017, 14:16 (GMT +4)

Bakı, 19 yanvar, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

SalamNews xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkəmizdə aqrar sahədə görülən işlərdən ətraflı söhbət açılıb.

Nazir Heydər Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib.

Kənd təsərrüfatı naziri İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bankın reallaşdırdığı layihələrin respublikamızda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib.

Nazir Heydər Əsədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək, kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərə əlavə və dəyişikliklərin olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma Sistemlərinin Təmir-bərpası İşləri” subkomponenti çərçivəsində su itkisinin azaldılmasının, su kanallarının uzunömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəzlənməsinin, Yevlax rayonunda əlavə 4000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılmasının, toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulmasının, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının, elmi-tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğu diqqətə çatdırılıb, aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib.

Sayed Ağa İslam İnkişaf Bankı ilə yaxından əməkdaşlıq etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, bankın fəaliyyəti çoxşaxəlidir və tərəfdaş ölkələrdə prioritet sahələrin inkişafına dəstək vermək əsas hədəflərdəndir. O, “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə bank tərəfindən texniki missiyanın göndərilməsinin məqsədəuyğun olduğunu bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Putin, Merkel və Makron İdlibdəki vəziyyətin gərginləşməsini müzakirə ediblər

AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

Tramp Makronla NATO və Afrikadakı terrorizmə qarşı mübarizəni müzakirə edib

Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş müzakirə edilib

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

AB XİN rəhbərləri Liviyadakı vəziyyəti müzakirə edəcəklər

ABŞ və Rusiya "START-3"ün uzadılmasını müzakirə edib

Putin və Zelenski "Norman formatı"nda görüşə hazırlıq məsələlərini müzakirə edib

Prezident İlham Əliyev BQXK Prezidenti ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb 

Azərbaycan ilə Moldova arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Çavuşoğlu: Türkiyə heyəti İdlib məsələsini müzakirə etmək üçün Moskvaya gedəcək

Putin və Ərdoğan İdlibdə vəziyyətin gərginləşməsini müzakirə edib

Təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib

NATO Müdafiə Nazirləri alyansın Rusiya raketlərinə qarşı reaksiyasını müzakirə edəcək

DMX-da 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

21 Fevral 2020, 12:12 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

21 Fevral 2020, 12:04 (GMT +4)
Milyarder Blumberq seçki kampaniyasına 409 milyon dollar xərcləyib

21 Fevral 2020, 11:54 (GMT +4)
Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

21 Fevral 2020, 11:52 (GMT +4)
Azərbaycan şirkətləri Moskvadakı beynəlxalq sərgidə mükafata layiq görülüb

21 Fevral 2020, 11:37 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfərə gələcək

21 Fevral 2020, 11:33 (GMT +4)
Bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

21 Fevral 2020, 11:21 (GMT +4)
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

21 Fevral 2020, 11:08 (GMT +4)
Yəməndən Səudiyyəyə ballistik raketlər atılıb, havadan müdafiə qarşılıq verib (VİDEO)

21 Fevral 2020, 11:07 (GMT +4)
"Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub (FOTO)

21 Fevral 2020, 10:53 (GMT +4)
Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib

21 Fevral 2020, 10:36 (GMT +4)
Putin Hanauda baş verən hadisədə ölənlərlə bağlı Merkelə başsağlığı verib

21 Fevral 2020, 10:30 (GMT +4)
Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

21 Fevral 2020, 10:20 (GMT +4)
Tramp ortağı Stounun bəraət qazanacağına ümid edir

21 Fevral 2020, 10:14 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

21 Fevral 2020, 10:07 (GMT +4)
ABŞ İranın beş yüksək rəsmisinə sanksiya tətbiq edib

21 Fevral 2020, 10:01 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

21 Fevral 2020, 09:55 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2236 nəfərə çatıb

21 Fevral 2020, 09:37 (GMT +4)
Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

21 Fevral 2020, 09:35 (GMT +4)
ABŞ-ın terror etdiyi Haşd-Şabi komandiri əl-Mühəndisin xələfi müəyyənləşib (FOTO)

21 Fevral 2020, 09:30 (GMT +4)
Putin, Merkel və Makron İdlibdəki vəziyyətin gərginləşməsini müzakirə ediblər

21 Fevral 2020, 09:23 (GMT +4)
Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib (FOTO)

21 Fevral 2020, 09:13 (GMT +4)
Baş prokuror Şirvanda vətəndaş qəbulu keçirəcək

21 Fevral 2020, 09:10 (GMT +4)
Türkiyə MN: Suriyanın İdlib bölgəsində iki türk əsgəri ölüb

21 Fevral 2020, 09:00 (GMT +4)
İranda Parlament seçkilərinə start verilib

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66