Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Mübariz Qurbanlı: "İslam Həmrəylik İli" ilə əlaqədar tədbirlər planı üzərində iş gedir

20 Yanvar 2017, 10:52 (GMT +4)

Bakı, 20 yanvar, SalamNews, A.Bayramova. Azərbaycan Prezidentinin sərəncamı ilə bu il "İslam Həmrəylik İli" elan edilib. "İslam Həmrəylik İli" ilə əlaqədar Tədbirlər Planı üzərində işlənilir.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, baş nazirin müavini Əli Əhmədovun yanında ayrı-ayrı qurumların rəhbərlərinin müşavirəsi keçirilib: "Hazırda hər bir qurum tərəfindən "İslam Həmrəylik İli" ilə bağlı təkliflər göndərilir. Bu təkliflər toplanacaq və konkret təkliflər üzərində işləndikdən sonra Azərbaycan Prezidentinə təqdim ediləcək.

Daha sonra isə Tədbirlər Planı təsdiq ediləcək. Plan təsdiq edildikdən sonra bu plan üzrə "İslam Həmrəylik İli" çərçivəsində həm Azərbaycanda, həm də Azərbaycandan kənarda müxtəlif tədbirlər həyata keçiriləcək. Həmin tədbirlər planında bütün sahələr nəzərdə tutulur. İslam Həmrəyliyi bütün istiqamətləri əhatə edəcək. Eyni zamanda ayrı-ayrı islam ölkələri arasında İslam təşkilatları, İslam qurumları çərçivəsində fəaliyyəti, o cümlədən İslam adı altında yaradılan radikal quruplara qarşı birgə mübarizənin Koordinasiya olunması kimi məsələlər burada öz əksini tapacaq. Ən mühüm tədbirlərin ilki Bakıda keçiriləcək. İSESCO, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində tədbirlər keçirilməsi nəzərdə tutulur".



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan və Dağıstan arasında əməkdaşlığın inkişafına dair Tədbirlər Planı imzalanıb

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq (SƏRƏNCAM)

“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Bakıda avtomobil nəqliyyatı sahəsində problemlərə dair Tədbirlər Planının layihəsi hazırlanıb

Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını təsdiqləyib

Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunmasına dair tədbirlər planı hazırlanıb

Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizəyə dair birgə tədbirlər planı hazırlanıb

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb

Rusiya regionlarında Azərbaycan turizminin təbliğinə dair tədbirlər planı hazırlanıb

“Yaşıl enerji məkanı”na dair Tədbirlər Planı İqtisadiyyat Nazirliyinə daxil olub

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında illik tədbirlər planı imzalanıb

Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif dinlərin nümayəndələri rahat şəkildə yaşayır

Bu gün İslamda həmrəyliyin olması vacibdir - Mübariz Qurbanlı

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abşeronda vətəndaşlarla görüşəcək

İslam dünyasının media rəhbərləri bir araya gəlməlidir - Mübariz Qurbanlı

Mübariz Qurbanlı: Azərbaycana gətirilən dini məmulatlar ekspert rəyi aldıqdan sonra yayıla bilər

Mübariz Qurbanlı: 20 Yanvar faciəsi bizim üçün kədərli olsa da, həm də qəhrəmanlıq salnaməsidir

“İslam Həmrəyliyi İli” elan olunması nifaq salmaq istəyənlərə bir cavabdır - Mübariz Qurbanlı


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66