Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

M.Ə.Rəsulzadə bələdiyyəsi ötən ilin hesabatını verib

23 Yanvar 2017, 14:27 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. M.Ə.Rəsulzadə qəsəbəsindəki 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və M.Ə.Rəsulzadə bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdən öncə qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış keçirilib.

Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, Qəsəbə Bələdiyyələri Milli Assossiasiyasının məsul işçisi Tofiq Həsənov, rayonun kommunal xidmət müəssisələrinin, qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd etdi ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və bələdiyyələrin fəaliyyəti barədə mövcud qanunvericiliyə uyğun olaraq, nümayəndəlik ilin yekunu üzrə öz fəaliyyəti haqqında Rayon İcra Hakimiyyəti başçısına, bələdiyyələr isə seçicilər qarşısında hesabat verməlidir və bu günkü tədbir hesabatların müzakirəsi üçün təşkil olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ötən hesabat ilində ölkədə və rayonda görülən işlər barədə qısa məlumat verdi, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasının ölkəmiz və dünya üçün əhəmiyyətini vurğuladı, rayonda bu istiqamətdə müxtəlif məzmunlu tədbirlərin keçirilməsi üçün təkliflərin hazırlanmasına dair tapşırıqlarını verdi və gündəlikdəki məsələlərin müzakirəsinə keçdi.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.

Hesabat yığıncağında məruzələr ətrafında qəsəbə sakinləri Şahvələd İbrahimov, Yaqub Əlizadə və Əli Kazımov çıxış edərək, hər iki hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndirdilər. Müzakirələrdə çıxış edənlər əhalini narahat edən məsələlərə, xüsusilə qəsəbənin kanalizasiya şəbəkəsində və qaz təchizatında mövcud olan nöqsanlara toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr apardılar.

Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.

Bununla yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı hər iki qurumun fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlara toxunaraq qeyd etmişdir ki, qəsəbədə torpaqlardan istifadənin vəziyyəti qane edici deyildir. Belə ki qəsəbə ərazisində torpaqların zəbt edilməsi, qanunsuz tikinti işlərinin aparılması, tullantılarla çirkləndirilməsi və yararsız hala salınması halları qalmaqda davam edir, qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir.

Bələdiyyələrin, o cümlədən M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyətində, bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol verilir.
Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin etmək mümkün olmamışdır. Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi, onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.

Əhali ilə səyyar görüşlərin keçirilməsi daha da yaxşılaşdırılmalı, daim əhali arasında olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.

Dövlət və bələdiyyə qulluğunda çalışan, məsul vəzifə tutan əməkdaşlara, onların bilik və bacarığının artırılmasına, etik davranış qaydalarına ciddi əməl olunmasına tələb artırılmalıdır.
Hər bir müəssisə rəhbəri əhali və tabeçiliyində işləyən əməkdaşlarla münasibətdə öz vicdanlılığı, mədəniyyəti və işgüzarlığı ilə nümunə olmalıdır.

Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, bələdiyyə və nümayəndəliyin fəaliyyətində şəffaflıq artırılmalıdır.

Sonda hər iki müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edilmiş və qeyd edilmişdir ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə Dövlət İqtisad Universiteti əməkdaşlığa başlayır

M.Ə.Rəsulzadə bələdiyyəsi maarifləndirimə layihəsinə start verib

M.Ə.Rəsulzadə bələdiyyəsi qəsəbə ziyalısını təbrik edib

M.Ə.Rəsulzadə bələdiyyəsinin nümayəndələri Liliya Hüseynova ilə görüşüblər

M.Ə.Rəsulzadə bələdiyyəsi ötən ilin hesabatını verib

M.Ə.Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə şəhid abidələri təmizlənib

M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən iftar süfrəsi açılıb (FOTOLAR)

M.Ə.Rəsulzadə bələdiyyəsi “Vergi olimpiadası” keçirəcək

M.Ə.Rəsulzadə bələdiyyəsi şəhid Tahir Abdullayevi yad edib

M.Ə.Rəsulzadə bələdiyyəsi “Müstəqillik günü” ilə bağlı ekskursiya təşkil edib

M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Yaradıcı əllər” layihəsinə yekun vurulub

M.Ə.Rəsulzadə Bələdiyyəsi şəhid ailəsini ziyarət edib

M.Ə.Rəsulzadə Bələdiyyəsində iclas keçirilib

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66