Somalinin paytaxtında hotel yaxınlığında güclü partlayış törədilib25 Yanvar 2017, 11:23 (GMT +4) Bakı, 25 yanvar, SalamNews, C.Nəzərov. Somalinin paytaxtı Moqadişodakı “Dayah” hotelinin yaxınlığında güclü partlayış törədilib.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, partlayışdan sonra onu törədənlər atəş açıblar.
Şahidlərin sözlərinə əsasən, mehmanxanaya giriş yaxınlığında minalanmış yük avtomobili partladılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.
|