Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

10 Fevral 2017, 12:48 (GMT +4)

Bakı, 10 fevral, SalamNews. Sosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə  həsr olunmuş kollegiya iclasında vurğulayıb.

S.Müslümov bildirib ki, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü, iqtisadi və maliyyə böhranının kəskin xarakter aldığı 2016-cı ildə dünya ölkələrinin üzləşdiyi çətinliklərdən ölkəmizin uğurla çıxa bilməsi ötən dövrdə Prezident İlham Əliyev tərəfindən respublikada postenerji dövrünə xas çevik və səmərəli, elmi-praqmatik əsaslara söykənən iqtisadi idarəetmə sisteminin qurulması sayəsində mümkün olub. Çətin şəraitdə dövlətin valyuta ehtiyatlarının qorunub saxlanmasına nail olunmaqla, iqtisadi şaxələndirmənin daha da genişləndirilməsi, qeyri-neft sənayesinin və regionların inkişafı istiqamətində növbəti addımların atılması təmin edilib. 

Sosial proqramların uğurlu icrası, eləcə də  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirən nazir ötən il bu təbəqələrdən olan 288 nəfərin mənzillə (o cümlədən 118 nəfərin yeni inşa olunmuş binalardan mənzillə, 170 nəfərin isə fərdi yaşayış evi ilə) təminatının həyata keçirildiyini, 140 nəfər imtiyazlı şəxsin dövlət büdcəsi hesabına avtomobillə təmin edildiyini diqqətə çatdırıb: “Ümumilikdə, möhtərəm dövlət başçısının müvafiq fərman və sərəncamları sosial təminat sisteminin bütün istiqamətləri üzrə artım dinamikasının davam etməsinə şərait yaradıb. Misal üçün, ötən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilib ki, bu məqsədlərə yönələn vəsaitin məbləği  2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çox olub. Həmçinin Prezidentin müvafiq Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb”. 

S.Müslümov bildirib ki, sosial təminat sisteminin əhatəliliyinin artması amili sosial yardım proqramında da özünü göstərir: “Keçən il orta hesabla 165352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunduğunu təsdiq edir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat (ailə üzvünə görə 36,12 manat) olub”. 

Nazir ötən ilin uğurlu islahat tədbirlərinə də toxunub, 2016-cı ilin fevralında ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) istifadəyə verilməsi ilə müasir, məmur müdaxiləsi heç bir halda mümkün olmayan və tam şəffaf sosial yardım sisteminin formalaşdığını vurğulayıb: “Bu gün bizim digər avtomatlaşdırılmış sistemlərimiz kimi, VEMTAS-a da mötəbər beynəlxalq təşkilatlar tərəfindən böyük maraq müşahidə edilir. Bu günlərdə Dünya Bankının ekspert qrupunun müraciətinə əsasən, təşkilatın Vaşinqton şəhərindəki mərkəzi ofisi üçün bu sistemin geniş təqdimatı keçirildi. BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında bu və digər avtomatlaşdırılmış sistemlərimiz təbliğ edilir. Həmin sistemlərlə bağlı bizim təcrübəmizi öyrənməyə maraq göstərən ölkələrin sayı da artır”. 

Nazir qeyd edib ki, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti istifadəyə verildiyi vaxtdan “Elektron Hökumət” portalında əhalinin ən çox faydalandığı e-xidmətlərdən biridir. 2016-cı il fevral ayında “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edilib: “Ümumilikdə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir və geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə 2016-cı ildə 6 milyon 550 min dəfə yararlanıblar”.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üzrə də artım dinamikasının davam etdiyini bildirən nazir Fondun gəlirlərinin  2015-ci ilə nisbətən 262,69 milyon manat və ya 9,01 faiz artaraq 3177,34 milyon manata yüksəldiyini vurğulayıb. S.Müslümov diqqətə çatdırıb ki, müsbət faktorlardan biri kimi və iqtisadi inkişafın daha bir əyani təsdiqi olaraq, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında da artım qeydə alınıb. Belə ki, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,44 faiz və ya 116,23 milyon manat artaraq 1921,35 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,54 faizini və ya 1220,78 milyon manatını təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz və ya 66,91 milyon manat çoxdur: “Dövlət başçısının “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əmək haqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamları, habelə 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının artırılması ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin cari ildə də uğurla davam etdirildiyini göstərir. 

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki,  ki, Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2017-cı ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 3 371 ,9 min nəfərə çatıb. Ötən il Fondun xərcləri 3194,89 milyon manat təşkil edib və bunun da 3135,68 milyon manatı və yaxud 98,1 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3043,86 milyon manat,  məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət xərcləri isə 91,82 milyon manat olub. İlin əvvəlinə büdcə qalığı və Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2017-ci il tarixinə 15281 nəfər və ya 1,2 faiz artaraq (o cümlədən yaşa görə 0,1 faiz, ailə başçısını itirməyə görə 3,8 faiz, əlilliyə görə 2,4 faiz artmışdır) 1 315 227 nəfər təşkil edib. 

Ötən il əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə 1015 nəfər bu təbəqədən olan şəxs ölkəmizin müxtəlif bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərinə göndərilib. 2016-cı ildə Fondun tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1085  nəfər tam dövlət təminatında olub. Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi”  Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır və ötən il  müəssisənin 125 nəfərlik ikinci korpusu da istifadəyə verilib. Eyni zamanda hesabat dövründə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə  350  nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və kursları bitirənlərə sertifikatlar verilib. Hazırda Mərkəzdə 113 nəfər kurs keçir. Yeni sosial müdafiə əhəmiyyətli obyektlər kimi, 2016-cı ilin dekabr ayında Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzi, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq və yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il nazirliyin müəyyən etdiyi  prioritet  istiqamətlər üzrə sosial sifarişlər əsasında QHT-lər tərəfindən 37 layihə üzrə 2046  nəfər  uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. 

İclasda 2016-cı ildə sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 332 nəfər işə qəbul olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb

Energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb

Dövlət Komitəsində kollegiya iclası keçirilib

ƏƏSMN-də kollegiya iclası keçirilib

DİN-də geniş Kollegiya iclası keçirilib

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Mədəniyyət Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Xarici İşlər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib 

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası növbəti iclasını keçirib

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12