Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib

10 Fevral 2017, 16:59 (GMT +4)

Bakı, 10 fevral, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib.

Şuradan SalamNews-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəliyi elan edib. Gündəliyə iki məsələ daxil olunub - MŞ-nin 2016-cı ildə gördüyü işlərə dair hesabat və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına MŞ-dən namizədlərin müəyyənləşdirilməsi. Gündəlik səsə qoyulub və yekdilliklə qəbul edilib.

Öncə MŞ sədri Əflatun Amaşovun Şuranın 2016-cı ildə gördüyü işlərə dair hesabat məruzəsi dinlənilib. Sədr bildirib ki, ötən il Şuraya 686 müraciət qeydə alınıb. Onlardan 322-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub.

Şura Katibliyi 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-nə komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb.

Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.

2016-cı ildə şikayətlərin 51,9 faizi internet saytların fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ikinci yer 29,3 faizlə qəzetlərə məxsusdur. Şikayətlərin 14,8 faizində informasiya agentliklərinin, 4 faizində jurnalların fəaliyyətindən narazılıq ifadə edilib.

2016-cı ildə Mətbuat Şurasının “qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib.

MŞ dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir, jurnalistika və ictimai fikir tariximizlə bağlı 6 kitab təqdimatı, KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 9 toplantı keçirib. 8 ahıl jurnalist evində ziyarət olunub. Şurada 10 xarici qonaq qəbul edilib. İdarə Heyətinin üzvlərinin xarici səfərlərinin sayı 6, MŞ-nin bəyanatlarının sayı 4-dür. Bundan başqa Şura 3 küçə aksiyasında monitorinq aparıb, ayrı-ayrı dövlət qurumları ilə birgə 5 müsabiqə təşkil edib ki, həmin müsabiqələrdə 45 jurnalist mükafatlandırlıb. Müxtəlif tematik toplantıların sayı isə 10-dur.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

İclasın gündəliyində duran ikinci məsələ ilə bağlı məlumat verən Ə.Amaşov bildirib ki, Mətbuat Şurası da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına namizədlərini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Milli Məclisinin 15 mart 2005-ci il və 18 mart 2011-ci il tarixli qərarları ilə Şuranın namizədi olan Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli Yayım Şurasında təmsil olunub. Onun səlahiyyət müddəti 18 mart 2017-ci il tarixdə başa çatır.

Müzakirələrdən sonra İdarə Heyətinin üzvləri - Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli İctimai Yayım Şurasının üzvlüyünə namizəd kimi təsdiqləniblər. Bununla bağlı yekun qərar Milli Məclis tərəfindən veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əflatun Amaşov onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edib

Əflatun Amaşov onlayn media ilə bağlı təklif verib

Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Bizim dünyanın dilində danışacaq jurnalistlərimiz olmalıdır - Əflatun Amaşov

Belə çirkin əməllər əvvəlki seçkilərdə də müşahidə olunub - Əflatun Amaşov

Əflatun Amaşov: Seçkilərlə bağlı KİV-lərin monitorinqi aparılır

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib

İddia edirlər ki, Mətbuat Şurası daha çox dövlət məmurlarını müdafiə edir - Əflatun Amaşov

Əflatun Amaşov həbsdəki jurnalistlərin azad edilməsi üçün çağırış edib

Büdcədən informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır - Əflatun Amaşov

Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edəcək

Əflatun Amaşov QDİƏTPM-in İstanbulda keçirilən sessiyasında çıxış edib

Bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar - Əflatun Amaşov 

Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edilib

Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib

Əflatun Amaşov QDİƏT-in Parlament Məclisinin Gürcüstandakı iclasında iştirak edəcək

Əflatun Amaşov: Ahıl jurnalistlər gənc davamçıları üçün mühüm təcrübə mənbəyidirlər

Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Əflatun Amaşov: Jurnalistlərə tövsiyə edirik ki, intihar xəbərlərini verən zaman ehtiyatlı olsunlar

Əflatun Amaşov: Ölkənin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66