Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Bakıda “Biznes Jurnalistikası” layihəsinin 60-dan çox məzunu ilə görüş keçirilib

11 Fevral 2017, 12:03 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. “British Council” və “PAŞA Bank” “Biznes Jurnalistikası” layihəsinin 60-dan çox məzunu ilə görüş keçirilib.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, “British Council” Azərbaycan üzrə direktoru Elizabet Vayt son altı il ərzində jurnalistika sahəsinin tamamilə dəyişdiyini deyib. Bildirib ki, onlayn xəbər axtarışında olan şəxslərin ehtiyac və maraqlarını qarşılamaq üçün jurnalistlər internet resurslarından istifadə edərək xəbəri və ya məlumatı yeni üsullar vasitəsilə çatdırmağın yollarını tapmalıdırlar.

“Biznes Jurnalistikası” layihəsi öyrənmək, inkişaf etmək arzusunda olan və yeni biliklər əldə etmək istəyən 60-dan çox jurnalistin iştirakı ilə həyata keçirilib. Biz bu layihəni “PAŞA Bank” və “Thomson” Fondu ilə əməkdaşlıqda uğurla həyata keçirdiyimiz üçün qürur duyuruq”, - deyə E.Vayt bildirib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts altı ildir keçirilən "Biznes Jurnalistikası” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu layihə çox uğurlu olub və Azərbaycanın media sahəsinə öz töhfələrini verib.

“PAŞA Bank”ın təmsilçisi Sona Abbasova layihənin icrası çərçivəsində görülən işlərdən və qazanılan uğurlardan danışıb. Deyib ki, Azərbaycanda biznes sahəsində çalışan media nümayəndələri bu layihə çərçivəsində böyük təcrübə əldə ediblər.

"Biznes Jurnalistikası” üzrə təlimçi, “Thomson” Fondunun nümayəndəsi Dan Mason isə layihədə iştirakdan məmnunluğunu ifadə edib. O, layihə iştirakçılarının təlimlərdə qazandıqları bilik və təcrübələri öz fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə inamını bildirib.

Tədbirdə “Biznes Jurnalistikası” layihəsinin məzunları, qonaqlar və partnyorlar layihə barədə öz uğur hekayələrini bölüşüblər.

Məlumat verilib ki, “Biznes Jurnalistikası” layihəsi “British Council” və “PAŞA Bank” tərəfindən 2011-ci ildən həyata keçirilir. Bu müddət ərzində layihə çərçivəsində Azərbaycanın 30-dan çox media qurumlarını təmsil edən 60-dan çox jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak edib. Təlimlər “Thomson” Fondunun peşəkar mütəxəssisi tərəfindən keçirilib. Proqramın iştirakçıları təlimlər zamanı xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçmiş, eləcə də Birləşmiş Krallığa səfər çərçivəsində Birləşmiş Krallığın görkəmli jurnalistləri ilə görüşərək qabaqcıl media təşkilatlarına səfər edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

PAŞA Bank yeni filiallar açacaq

“PAŞA Bank” öz gəlirlərini açıqlayıb

PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

Azərbaycanda beynəlxalq qurumun ilk istiqraz buraxılışına PAŞA Bank xidmət göstərir

PAŞA Bank yeni innovativ Onlayn Bank xidmətini təqdim edib

PAŞA Bank yeni nəsil kassa aparatlarını təqdim edib

PAŞA Bank Qazprombank ilə Əməkdaşlıq sazişi imzalayıb

PAŞA Bank onlayn kanalların təqdim edilməsini hədəfləyir

Paşa Bank maliyyə hesabatını açıqlayıb

PAŞA Bank THY ilə birlikdə Miles&Smiles kartını təqdim edib

PAŞA Bank sahibkarların işini asanlaşdıracaq yeni məhsulları təklif edir

PAŞA Bankda müştəri olmaq istəyən hüquqi şəxslər üçün onlayn hesab açmaq imkanı yaradılıb

PAŞA Bank Azərbaycanda daha bir ilkə imza atıb

PAŞA Bank Azərbaycanda daha bir ilkə imza atıb

PAŞA Bank 2018-ci ilin birinci yarısını mənfəətlə başa vurub

Paşa Bankın nizamnamə kapitalı açıqlanıb

PAŞA Bank “SAP Value Award” mükafatına layiq görülüb

PAŞA Bankın yeni "Landmark" filialının açılışı olub

PAŞA Bank Azərbaycanda ilkə imza atıb

PAŞA Bank kiçik və orta sahibkarlar üçün yeni xidmətlər paketi təqdim edir

20 Noyabr 2019, 09:17 (GMT +4)
İsrail Dəməşqin cənubuna aviazərbələr endirib, ölənlər var (VİDEO)

20 Noyabr 2019, 09:15 (GMT +4)
NATO xarici işlər nazirləri Rusiyanı və "Çinin yüksəlişini" müzakirə edəcəklər

20 Noyabr 2019, 09:07 (GMT +4)
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66