Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Gəmiçiliyin “Dağıstan” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb

11 Fevral 2017, 10:48 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dağıstan” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb.

Gəmiçiliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, hazırda “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitən iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. 1000 kilovat gücündə olan təzə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir.

Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş mühərrikləri də yenilənir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri Finlandiyadan sifariş edib. “Vartsila” markalı W32 baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.

Təmir zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Hazırda yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi-yağ, su, balast sistemləri və sair əsaslı təmir olunur.

Gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və sualtı hissələri də təmir olunandan sonra rənglənəcək.

Görüləcək təmir işləri bərənin yanacaq sərfiyyatını 35 faizə qədər azaltmağa imkan verəcək. Yekunda yeni avadanlıqların sərfiyyatını dəqiqləşdirmək məqsədilə gəmi sınaqdan keçiriləcək. Bərə əvvəlki kimi, Xəzərin sularında 12-14 uzellə səfərlərini davam etdirəcək.

Məlumat üçün bildirək ki, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində xarici audit keçirilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-geoloji gəmisi təmirə dayanıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Təlim-Tədris Mərkəzi yenilənib (FOTOLAR)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzi beynəlxalq sertifikat alıb

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakıda yaxta turunun təşkili ilə bağlı məlumata aydınlıq gətirib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi qəbulu elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yeni departament yaradılıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi vakansiya elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Expo Mərkəzində keçiriləcək Beynəlxalq sərgidə təmsil olunacaq 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” məcburi köçkün ailələrinə bayram sovqatı verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri qurumun Təlim-Tədris Mərkəzində olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC növbəti Təqaüd Proqramını elan edir 

Gənclər Günü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə qeyd olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də elektron bilet sifarişi tətbiq edilir

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66