Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

15 Fevral 2017, 17:59 (GMT +4)

Bakı, 15 fevral, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2017-cı ildə ilk iclasını keçirib.

Şuradan SalamNews-a verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 məsələnin gündəliyə daxil olmasını qərarlaşdırıblar.

Öncə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun "Azpolitka.info" saytı barədə müraciətinə baxılıb. Çıxarılan rəydə göstərilib ki, bu kütləvi informasiya vasitəsindən şikayət doğuran yazıda balans prinsipinin tələbləri gözlənilməyib. Lakin məsələ olduqca həssasdır və buna görə də sayt özündə mövzunu araşdırma hüququnu saxlayır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Moderator.az" saytı ilə bağlı müraciətinin müzakirəsində cavabdeh tərəf bildirib ki, şikayətə səbəb material digər mətbu orqandan götürülüb. Lakin onun nəzərinə çatdırılıb ki, bu heç də həmin KİV-in cavabdehliyini istisna etmir. Digər mənbələrdən götürülən materiallarda qabardılan fikirlər təkzib olunmayıbsa etik prinsiplər onu təkrar yayımlayan mətbu orqanın cavabdehliyini nəzərdə tutur.

İclasda vurğulanıb ki, bir sıra KİV-lərdən təşkilatlara və ayrı-ayrı şəxslərə ünvanlanan sorğular bəzən elə şəkildə tərtib edilir ki, istər-istəməz narazılığa səbəb olur. "Korrupsiya və bəşəriryyət" qəzetindən Bakı Humanitar Kollecinə göndərilən sorğu da məhz belə tərtib olduğundan haqlı şikayət doğurub. Komissiya qəzetin baş redaktoru Tahir Məlikəhmədovun nəzərinə çatdırıb ki, ciddi qüsurlarla müşaiyyət olunan belə səpkili məktublar həmin KİV-in və onun rəhbərinin imicinə təsirsiz qala bilməz.

Masallı rayonunun Bədalan kənd sakini Cəsarət Nurullayevin "Toloşon Sədo" qəzetindən şikayətinin müzakirəsində rəyə gəlinib ki, işıqlandırılan mövzularda şəxsi həyatın toxunulmazlığı prinsipinə mütləq surətdə əməl edilməlidir. Qəzet bu prinsipin tələblərini pozub. Nəticədə işıqlandırdığı yazı ailə münaqişəsinə təsirsiz ötüşməyib.

İclasda Qaraçuxur qəsəbə sakini Ramiz Qardaşovun və sahibkar Elsevər Ələkbərovun müraciətlərinin baxılmaq üçün Milli Televiziya və Radio Şurasına, Ucar şəhər sakini Vahid İbrahimovun şikayətinin isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədə müvafiq sayılıb.

Ucar rayon sakinləri Şahlar Ələkbərovun və Azər Purqafarinin qarşılıqlı ittihamlarla dolu müraciətlərinin isə müvafiq orqanlarda araşdırılması barədə rəy çıxarılıb. Qeyd olunub ki, hər iki tərəf arasında etik sədləri aşan ittihamlar uzun illərdir davam etməkdədir. Buna görə də məsələ hüquqi müstəvidə həll olunmalıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

İdlibdə mülki şəxslərin qruplaşmaların bölgəsindən çıxamsı üçün 3 koridor nəzərdə tutulub

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

AMŞ sədri Fuad Abbasovun həbsinə münasibət bildirib

İngiltərə müdafiə naziri Qevin Uilyamson istefaya göndərilib

Tillerson Trampı "intizamsız" və "oxumağı sevməyən" insan adlandırıb

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum olub

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

Husilər Səudiyyənin ABŞ istehsallı bir Abrams tankını vurublar (FOTO)

“Samsung” şirkəti 6 kameralı smartfonunu təqdim edəcək

AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

Türkiyənin Səfirliyinin mətbuat müşaviri AMŞ-də olub

“Samsung” yeni 5G modem təqdim edib

“Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib (FOTO,VİDEO)

AMŞ yazı müsabiqəsi elan edib

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

Jurnalistin söyülməsi biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir - AMŞ sədri

"Reket jurnalistika" ilə bağlı 104 yekun rəy qəbul edilib - AMŞ sədri

13 İyul 2020, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Emmanuel Makrona məktub göndərib

13 İyul 2020, 17:45 (GMT +4)
Əli Əhmədov: ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoymalıdır

13 İyul 2020, 17:41 (GMT +4)
İran Nətənz nüvə obyektindəki partlayışın səbəbinin müəyyənləşdiyini bildirib

13 İyul 2020, 17:30 (GMT +4)
"Roskosmos"un rəhbərinin müşavirinə qarşı ittiham irəli sürülüb

13 İyul 2020, 17:30 (GMT +4)
Birinci vitse-prezident: Biz daha da güclü olmalıyıq və olacağıq

13 İyul 2020, 17:21 (GMT +4)
Çin Amerika tərəfinə qarşı sanksiyalarla cavab verib 

13 İyul 2020, 17:17 (GMT +4)
İctimai Liderlər Platforması erməni təxribatı ilə əlaqədar bəyanat yayıb

13 İyul 2020, 17:08 (GMT +4)
MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

13 İyul 2020, 16:51 (GMT +4)
Türkiyə bütün imkanları ilə  Azərbaycanın yanındadır - Çavuşoğlu

13 İyul 2020, 16:47 (GMT +4)
Azərbaycanda daha 529 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər vəfat edib

13 İyul 2020, 16:44 (GMT +4)
İranda daha bir deputat koronavirusdan vəfat edib

13 İyul 2020, 16:42 (GMT +4)
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

13 İyul 2020, 16:25 (GMT +4)
YAP erməni təxribatı ilə əlaqədar bəyanat yayıb

13 İyul 2020, 16:12 (GMT +4)
Stoltenberq: NATO Çinin artan rolu fonunda "daha qlobal" ittifaqa çevrilməlidir

13 İyul 2020, 16:10 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib

13 İyul 2020, 16:02 (GMT +4)
Prezident İlham Əliyev: Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq

13 İyul 2020, 15:58 (GMT +4)
ABŞ-da koronavirusdan ölüm hallarının artacağı gözlənilir

13 İyul 2020, 15:45 (GMT +4)
Türkiyə Liviyada siyasi danışıqların başlaması üçün şərtləri açıqlayıb

13 İyul 2020, 15:41 (GMT +4)
Gədəbəydə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

13 İyul 2020, 15:24 (GMT +4)
ABŞ Şimali Koreyanın hərbi aktivliyini izləmək üçün Yaponiyaya kəşfiyyat təyyarəsi göndərib

13 İyul 2020, 15:12 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

13 İyul 2020, 15:00 (GMT +4)
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılıb

13 İyul 2020, 14:56 (GMT +4)
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində eskalasiya yolverilməzdir

13 İyul 2020, 14:35 (GMT +4)
Dövlət Xidməti: Çoxlu sayda gənc döyüşə getmək üçün müraciət edib

13 İyul 2020, 14:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 13 mini ötüb

13 İyul 2020, 14:29 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan koronavirusa yoluxub

13 İyul 2020, 14:14 (GMT +4)
Vaqif Dərgahlı: Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib

13 İyul 2020, 13:57 (GMT +4)
Braziliyada COVID-19-dan ölənlərin sayı 72 mini keçib

13 İyul 2020, 13:50 (GMT +4)
Prezident: Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq

13 İyul 2020, 13:40 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı ərazisini ballistik raketlər və PUA-larla hədəfə aldıqlarını bildiriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66