Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Binəqədi rayon İcra Hakimiyyəti ötən ilin hesabatını verib

17 Fevral 2017, 11:32 (GMT +4)

Bakı, 17 fevral, SalamNews. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Madər Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında bildirdi ki, artıq 25 ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.

Qeyd etmək yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.

Daha sonra hesabat yığıncağında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kəmaləddin Qafarov, 284 saylı orta məktəbin direktoru Nizami Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular.

Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.

Hesabat yığıncağına Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun vuraraq bildirdi ki, 2017–ci ildə də dövlət başçısı İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaq. Çünki Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xaləddin İsgəndərov vəzifəsindən azad edilib

05 Dekabr 2020, 17:03 (GMT +4)
"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb

05 Dekabr 2020, 16:52 (GMT +4)
Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib

05 Dekabr 2020, 16:48 (GMT +4)
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb

05 Dekabr 2020, 16:40 (GMT +4)
Zərdabda koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 16:35 (GMT +4)
Bakıda elektronik əşyalarının satıldığı mağazalardan oğurluqlar edən şəxs saxlanılıb (VIDEO)

05 Dekabr 2020, 16:19 (GMT +4)
AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

05 Dekabr 2020, 16:04 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

05 Dekabr 2020, 15:56 (GMT +4)
İranda Covid-19 virusundan ölənlərin sayı 50 mini ötüb

05 Dekabr 2020, 15:48 (GMT +4)
Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

05 Dekabr 2020, 15:39 (GMT +4)
Lənkəran sakini qohumunun evindən oğurluq edib

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66