Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Ukrayna mətbuatı Xocalı soyqırımından yazır

20 Fevral 2017, 16:52 (GMT +4)

Bakı, 20 fevral, SalamNews. Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyevin Ukraynanın versii.com saytında Xocalı soyqırımından bəhs edən geniş məqaləsi yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, “Azərbaycanlıların Xocalı soyqırımının dərsləri” adlanan yazıda müəllif artıq uzun illərdir Xocalının Babiy Yar, Osventsim, Xatın, Buhenvald kimi sadəcə çoğrafi ad deyil, dünyanı sarsıdan xüsusi qəddarlıq və insanlıqdan uzaq kütləvi qətllərin törədildiyi ünvan olduğunu yazır. Bildirilir ki, 25 il keçməsinə baxmayaraq, Xocalı şəhərində erməni qəsbkarlarının törətdiyi qırğınların ağrısı sakitləşməyib. 

Erməni ekstremistləri və millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının ən dəhşətli kütləvi terror aktı kimi tarixə düşdüyünü vurğulayan müəllif əlavə edir ki, son 200 il ərzində Azərbaycan xalqı soyqırım və etnik təmizləmə siyasətinin qurbanı olub. 

Məqalədə ermənilərin “Böyük Ermənistan” ideyaları və bu istiqamətdə aparılan siyasətin tərkibi olaraq azərbaycanlıların doğma torpaqlarından çıxarılması haqqında geniş məlumat verilir, 1988-ci ildən etibarən SSRİ-nin o vaxtkı rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə danışılır. Müəllif oxucuların diqqətini işğal əməliyyatları zamanı erməni hərbçilərinn Qarabağın kəndlərində dinc sakinlərə qarşı törətdiyi kütləvi qətllərə yönəldərək, nəhayət, “məzlum və əzabkeş” erməni xalqının vicdanında qara ləkə kimi qalacaq tarixi cinayət olan Xocalı soyqırımının baş verməsini qeyd edir.

A. Quliyev Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi fəlakətlərin siyahısına 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımının da əlavə olunduğunu dərin təəssüf hissi ilə oxucuların diqətinə çatdırır. Yazıda Xocalı soyqırımının, insanlığa zidd olan qəddarlıqların ukrayn, gürcü, rus, ingilis, türk, fransız, alman, amerikan, polyak və digər millətlətlərdən olan jurnalistləri dəhşətə gətirdiyi vurğulanır.

Qeyd edək ki, 1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası”nın sədri, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin (KMAU) professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademikidir.  Arif Quliyev dəfələrlə Ukrayna elminə və Azərbaycan-Ukrayna əlaqalərinə verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov: Xocalı soyqırımını törədənlər illərlə Ermənistanı idarə etdilər

Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Azərbaycanın bölgələrində Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda avtobuslar sərnişinlərə pulsuz xidmət göstərib

Bakıda "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirilib

Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb

Sankt-Peterburqda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Rusiya millət vəkilləri və politoloqları Bakıda Xocalı soyqırımı ilə bağlı ümumxalq  yürüşündə iştirak ediblər

Türkiyənin Azərbaycandakı səfiri: Xocalı soyqırımı bizim də yaramızdır

Bakı məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib

İran mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Kolumbiya parlamenti Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan səfirliyinə başsağlığı məktubu ünvanlayıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Dubayda tədbir keçirilib

Kiyevdə Xocalı soyqırımına dair konfrans təşkil olunub

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir

YAP “Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirib

TBMM Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Düşənbədə anılıb

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66