Bakı Şəhər Halqası xanımları 8 Mart Qadınlar günü münasibətilə təbrik edib07 Mart 2017, 17:00 (GMT +4) Bakı, 7 mart, SalamNews, A.Bayramova. Bakı Şəhər Halqasının (BŞH) könüllüləri cəmiyyətin müxtəlif sferalarında işləyən xanımları 8 Mart Qadınlar günü münasibətilə təbrik edib.
BŞH-nın könüllülər üzrə kordinatoru Tural Hümbətov SalamNews-a açıqlamasında bildirib ki, 8 Mart Qadınlar günü münasibəti ilə cəmiyyətimizin müxtəlif sahələrində çalışan 8 xanımı təbrik etmək təşəbbüsü könüllülərimizə məxsusdur: “Layihəni həyata keçirtməkdə məqsəd odur ki, bəzən xanımlarımız cəmiyyətin müxtəlif sahələrində çalışırlar, ancaq görünmürlər. Onların işi bizim üçün, cəmiyyət üçün vacibdir. Bu səbədən sözügedən aksiyanı könüllülərimiz keçirtmək barədə qərar veriblər. Onlar hər bir sahədə fəaliyyət göstərən qadınlarını təbrik edəcəklər. İncəsənət sahəsindən olan ,veteran, professor, məktəb direktoru, polis, süpürgəçi, həmçinin metroda işləyən xanımlarımızı təbrik etməyi planlaşdırırıq”.
Tural Hümbətov sonda əlavə edib ki, BŞH adından bütün qadınları təbrik edir və fəaliyyətlərində uğular arzu edirik.
|