Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dünya Bankının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar

10 Mart 2017, 15:52 (GMT +4)

Bakı, 10 mart, SalamNews. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial müdafiə sisteminin ildən-ilə güclənməsi ilə bərabər, bu sistemin əhatəliliyinin də getdikcə artmasına imkan verib. Hazırda ölkəmizdə sosial müdafiə sisteminin əhatəlilik göstəricisi dünya üzrə yüksək göstəricilərdən sayıla bilər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a bildiriblər ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Nazir vurğulayıb ki, Dünya Bankının ekspertlər qrupu da öz araşdırmaları nəticəsində Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyə malik bir sistem kimi dəyərləndiriblər: “Həmin ekspertlər qrupunun qiymətləndirməsinə əsasən, ölkəmizin sosial müdafiə sistemi əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edir. Qeyd edim ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan oxşar araşdırma dünyanın əksər ölkələrində bu göstəricinin daha aşağı səviyyədə olduğunu göstərir”. S.Müslümov qlobal miqyasda baş verən iqtisadi kataklizmlərin ölkəmizə təsirlərinin minimallaşdırılması üçün Prezident İlham Əliyevin islahatlar paketinə uyğun aparılan islahatların da ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, aktiv məşğulluq tədbirləri vasitəsilə əmək resurslarının səmərəli məşğulluğuna, sosial ödənişlərin artırılmasına, ailə gəlirlərinin azalmasının qarşısının alınmasına yönəldiyini qeyd edib.

Əmək və sosial müdafiə sahəsində son illər aparılan islahatlar barədə məlumat verən nazir bu sistemin avtomatlaşdılmış infrastrukturunun yaradılaraq işə salındığını, nəticədə əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşdığını, məşğulluq xidmətlərinin də elektron müstəvidə qurulması işlərinin aparıldığını qeyd edib. S.Müslümov ötən dövrdə ölkədə pensiya təminatı sisteminin müasir əsaslar üzərində qurulması üçün görülən işləri diqqətə çatdırıb. O, müasir sığorta-pensiya sisteminin pensiyaların məbləğinin ildən-ilə artımına da şərait yaratdığını, təkcə 2016-cı ildə pensiyaların orta aylıq məbləğinin ötən ilin əvvəlinə nisbətən 8,2 faiz artdığını bildirib: “Hazırda sığorta-pensiya sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün növbəti islahatlara başlanması nəzərdə tutulur. Bu islahatların əsas hədəfi pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsi, qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsidir”.

Son illərdə respublikada əlilliyin qiymətləndirilməsi sisteminin də elektron əsaslar üzərində qurulduğunu, əhaliyə məmur-vətəndaş təmasları olmadan, şəffaf şəkildə tibbi-sosial ekspertiza xidmətinin təşkil olunduğunu diqqətə çatdıran S.Müslümov ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin əhəmiyyətindən də bəhs edib. Nazir əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasında, vətəndaş sağlamlığının mühafizəsində, insanlara keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsində, eyni zamanda əlilliyin qarşısının alınmasında icbari tibbi sığortanın xüsusi önəm kəsb etdiyini vurğulayıb.

O, icbari tibbi sığorta sisteminin digər faydası kimi, bu sistemin hazırda qeyri-formal əmək fəaliyyəti göstərən şəxsləri də əmək münasibətlərini rəsmiləşdirməyə stimullaşdıracağını bildirib: “Dövlət başçısının əlilliyi olan insanlara xüsusi diqqət və qayğısı həmin insanlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsinə də şərait yaradıb. 2015-ci ilin sentyabrında Respublika Əlillərin Bərpa Mərkəzi, ötən ilin dekabrında isə Uşaq Bərpa Mərkəzi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Hər iki mərkəzdə ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Hazırda nazirliyin daha 5 reabilitasiya müəssisəsində də əsaslı təmir işləri aparılır və onlarda da əlilliyi olan şəxslər üçün ən müasir standartlara cavab verən bərpa-müalicə şəraiti yaradılır”.

Ötən dövrdə ƏƏSMN ilə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən S.Müslümov xüsusən birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin əhəmiyyətinə toxunub. O həmin layihə çərçivəsində görülən işlərin əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsi üçün aparılan islahatlarda önəmli rol oynadığını, əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də məqsədyönlü şəkildə davam etdirilməsinin diqqətdə saxlanacağını bildirib.

Dünya Bankının nümayəndələri Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatları, bu sahələr üzrə əhaliyə müasir, şəffaf və keyfiyyətli xidmətlər sisteminin yaradılması üçün görülən işləri yüksək qiymətləndiriblər. Onlar qeyd olunan sahələrdə yeni yaradılan avtomatlaşdırılmış sistemlərin qabaqcıl təcrübələr olduğunu vurğulayıblar. Dünya Bankının nümayəndələri Azərbaycanda əlilliyi olan insanların sağlamlığının bərpası üçün görülən işlərin, reabilitasiya sisteminin müasirləşdirilməsi üçün atılan addımların əhəmiyyətindən bəhs ediblər.

Görüşdə ölkə vətəndaşlarının sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, əlilliyin qarşısının alınması və s. sahələrdə aparılan işlər, nəzərdə tutulan islahat tədbirləri, habelə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Avqust 2019, 09:53 (GMT +4)
İranda iki deputat həbs edilib

23 Avqust 2019, 09:46 (GMT +4)
Türkiyə Şərqi Aralıq dənizində qazma işlərini davam etdirəcək - Ərdoğan

23 Avqust 2019, 09:37 (GMT +4)
Rəsmi Bakı: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz

23 Avqust 2019, 09:25 (GMT +4)
ABŞ Rusiyanın G8-ə qayıtmasının şərtlərini açıqlayıb

23 Avqust 2019, 09:19 (GMT +4)
İraqda ABŞ Haşd-Şabi qarşıdurması artır - Bir pilotsuz təyyarə hədəfə alınıb

23 Avqust 2019, 09:00 (GMT +4)
Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür

22 Avqust 2019, 21:17 (GMT +4)
Taxta bazarında baş verən yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub

22 Avqust 2019, 19:12 (GMT +4)
“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12