Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Hesablama Palatası DSMF-in Ağcabədi rayon şöbəsində audit aparıb

11 Mart 2017, 13:50 (GMT +4)

Bakı, 11 mart, SalamNews. Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında 2015-ci il aprelin 1-dən 2016-cı il oktyabrın 1-dək olan dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib.

Hesablama Palatasının mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, audit olunan dövr ərzində şöbənin "Yığım" hesabının mədaxili 52705720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52801428,0 manat olub. 2016-cı il oktyabrın 1-nə şöbədə, ümumilikdə 9649 sığortaolunanı əhatə edən 620 hüquqi şəxs, 7099 fiziki şəxs sığortaedən qismində qeydiyyatda olub ki, onlardan da 251 hüquqi şəxs və 485 fiziki şəxs fəaliyyət göstərib. Audit olunan dövr ərzində şöbənin gəlirləri, ümumilikdə 8767,0 min manat təşkil edib, həmin vəsaitin də 8759,7 min manatı məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 4,3 min manatı pensiyalardan, 3,0 min manatı isə digər gəlirlərdən ibarət olub.

Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində şöbə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib.

Audit olunan dövr ərzində 1503 yeni pensiya təyinatı aparılıb, 11 pensiya işi fondun digər rayon şöbələrindən daxil olub, 32 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar fondun digər şöbələrinə göndərilib, 824 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb, 109 pensiya işi isə beşillik müddətin bitməsi ilə bağlı uçotdan çıxarılıb. Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Müvafiq məlumatlara əsasən, 2015-ci il aprelin 1-dən ünvanlı dövlət sosial yardımın (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, ötən il oktyabrın 1-nə 1705 ÜSY işi üzrə ödənişlər davam edib, qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb. ÜSY-nin adambaşına düşən orta məbləği 2015-ci ilin son 9 ayı ərzində 33,98 manat, 2016-cı ilin ilk 9 ayı ərzində isə 32,18 manat, həmin dövrlərdə təyinat üzrə cəmi məbləğ isə müvafiq olaraq, 197497,62 manat və 84864,16 manat təşkil edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, 2015-ci il aprelin 1-dən dekabrın 31-dək dövrdə təyin edilmiş işlər üzrə ailədə adambaşına düşən gəlirin həcmi 54 ailə üzrə 0,0-60,0 manat, 457 ailə üzrə 60,01-70,0 manat, 701 ailə üzrə 70,01-80,0 manat, 54 ailə üzrə 80,01-90,0 manat, 9 ailə üzrə isə 90,01-100,0 manat aralığında olub. Ötən il yanvarın 1-dən martın 1-dək olan müddətdə isə adambaşına orta aylıq gəliri 0,0-60,0 manat olan 5 ailəyə, 60,01-70,0 manat olan 75 ailəyə, 70,01-80,0 manat olan 459 ailəyə, 80,01-90,0 manat olan 27 ailəyə ÜSY təyin edilib.

Müəyyən edilib ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalıb, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb. VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq bir il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib.

VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib, həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eyniliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib.

Audit nəticəsində müəyyənləşdirilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə sosial müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq təqdimat Ağcabədi rayon şöbəsinə, kollegiya qərarının surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

Neft Fondunun 2020-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi müzakirə olunub

"PwC Azerbaijan" ARDNF-in maliyyə fəaliyyətinin auditini keçirəcək

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

Dövlət Sosial Müdafiə Fondunun üç qurumu ləğv edilib

Hasilat Sənayesində Şəffaflıq hеsаbatı üçün audit şirkəti seçilib

“IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” mövzusunda seminar keçirilib

Hesablama Palatasının əməkdaşları beynəlxalq forumda iştirak edib

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Hesablama Palatası dövlət tərəfindən əlavələrin edilməsini təklif edib

DSMF-nin Gədəbəy rayon şöbəsində aparılmış auditin nəticələri açıqlanıb

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

Dövlət Sosial Müdafiə Fondunun müasir Qəbul Mərkəzi açılıb (FOTO)

“Silk Way West Airlines” növbəti dəfə IOSA auditini keçib

“Azərkosmos”da audit keçirəcək şirkət seçilib

Hesablama Palatasının nümayəndə heyəti Küveytdə səfərdə olub

“Azərenerji”də audit keçiriləcək

Auditorlar Palatası daxili auditor kadrları hazırlayır

Gömrük auditinin maneəsiz həyata keçirilməsini nəzərdə tutan dəyişikliyi təsdiqlənib

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66